Sağ ikən “öldürülən” MƏŞHURLARIMIZIN SİYAHISI — Xəbərdən 4 gün sonra ÖLƏN DƏ VAR

Sağ ikən “öldürülən” MƏŞHURLARIMIZIN SİYAHISI — Xəbərdən 4 gün sonra ÖLƏN DƏ VAR
04 Sent 2019 14:19

Ara-sıra mətbuat məşhur simaların ölüm xəbəri ilə çalxalanır. Adi şayiə böyük səs-küyə səbəb olaraq, “ölən” insanın yaxınları, sevənləri üçün böyük bir narahatlığa səbəb olur. Bəzən isə mətbuat məsələnin əslin öyrənmədən, “qara xəbəri” manşetlə tirajlayaraq, daha ciddi fəsadlara yol da aça bilir. Eynən, bu gün Xalq artisti, cazmen Cavan Zeynallının yayılan ölüm xəbəri kimi...

Image result for cavan zeynallı
Səhər gözümüzü açar-açmaz bu ölüm xəbərini eşidib, məyus olduq. Hətta Zeynallının pərəstişkarları, onun sosial şəbəkə hesablarına başsağlığı şərhləri yazmağa başlayıb. Bir sıra məşhur insanlar isə cazmenin fotosunu paylaşaraq ona, Allahdan rəhmət belə diləyiblər.

Sonradan Cavan Zeynallı “dirilərək” sağ olduğunu, səhhətində isə heç bir problem olmadığını açıqlayıb.

Sözsüz ki, bu cür xəbərlərin yayılması nə ilkdir, nə də son olacaq.

Bəzi sənətçilərin dəfələrlə ölüm xəbəri yayılıb, sonradan onlar da “dirilib”.  Bəzilərinə isə sanki insanların istəyi ilə ölüm tələsərək, əbədiyyata qovuşdurub.

“Ölkə.Az” olaraq, bu məşhurların siyahısını təqdim edirik.

 "Faytonçu" Nazim

Image result for
2017-ci ilin avqust ayında sosial şəbəkələrdə müğənni Nazim Pişyarinin dostları onun ölüm xəbərini yaymışdı. Sonradan bu xəbərin şayiə olduğu məlum olmuşdu. 

Qeyd edək ki, həmin ərəfədə müğənni ağır xəstəlikdən əziyyət çəkirdi.

 Anar Nağılbaz

Image result for anar nagilbaz

Məşhur reper Anar Nağılbazın hələ sağ ikən bir neçə dəfə ölüm xəbəri yayılıb. Sonradan bu xəbərlər təsdiqini tapmasa da,  o,  4 avqust 2018-ci ildə həyatla əbədi olaraq vidalaşıb.

Samir Bağırov

Image result for samir bagirov

Ekstravaqant müğənni Samir Bağırov da tez-tez ölüm xəbəri yayılan məşhurlardandır. Buna səbəb isə onun uzun illərdir səhnədən uzaq qalması, insanlarla ünsiyyətdən qaçdığı göstərilə bilər.


Könül Xasıyeva

Image result for Könül Xasıyeva

2018-ci ilin aprel ayında sosial şəbəkələr Xalq artisti Könül Xasıyevanın ölüm xəbəri ilə çalxalandı. O zamanlar sənətçi uzun müddət idi ki, sağlamlığında problemlər yaşayırdı. Daha sonra isə xalq artistinin özünün yox, xalasının vəfat etdiyi məlum olmuşdu.


Hacı Nuran

Image result for Hacı Nuran

2018-ci ilin iyun ayında sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılmışdı. Qeyd edək ki, teleaparıcı uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

Coşqun Rəhimov

Image result for Coşqun Rəhimov


Əməkdar artist, “Bu şəhərdə” komandasının üzvü Coşqun Rəhimov da “ölüb –dirilən” məşhurlardandır. 2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə onun öldüyü bildirilmişdi.

Meyxanaçı Kərim

Image result for Meyxanaçı Kərim

2017-ci il aprel ayında meyxanaçı Kərimin xəstəxanada ağır vəziyyətdə olması, onun  ölüm xəbərinin yayılmasına səbəb olmuşdu.  Qeyd edək ki, sənətçi beyninə qan sızması nəticəsində komaya düşmüşdü.

Kübra Əliyeva

Image result for Kübra Əliyeva

2016-cı ilin oktyabr ayında əməkdar artist Kübra Əliyevanın ölüm xəbəri yayılmışdı. 

Musa Yaqub

Image result for Musa Yaqub

Xalq şairi Musa Yaqubun 2019 cu il iyulun 4-də vəfat etməsi ilə bağlı həm sosial şəbəkələrdə, həm də bir sıra mətbuat orqanlarında məlumat yayılıb.  Şairin yaxın dostu, həmkarı Sabir Rüstəmxanlı məlumatı təkzib edərək bildirib ki,  xəbərlər həqiqəti əks etdirmir.

Hüseyn Dərya

Image result for Hüseyn Dərya

2010 – cu ildə reper Hüseyn Dərya hələ sağ ikən "öldürülən" məşhurların qoşulmuşdu. Xəbəri reperin özü “Hələ, sağam” sözləri ilə təkzib etmişdi. Uzun müddət narkotikdən istifadə etməsi, bu şayiənin yayımasına şərait yaratmışdı

Qeyd edək ki, Hüseyn 2014-cü il mart ayınınn 15-də avto qəzaya düşərək həlak olub.

Image result for Habil Əliyev

Habil Əliyev

2015-ci ilin sentyabr ayında sosial şəbəkələrdə xalq artisti, kaman ustası Habil Əliyev dünyasını dəyişməsilə bağlı məlumatlar yayılıb. Sənətçinin ürək çatışmamazlığından əziyyət çəkməsi və bu səbəbdən də komaya düşməsi bu xəbərin yayılmasına səbəb olmuşdu. Qeyd edək ki, Habil Əliyev xəbərin yayılmasından 4 gün sonra, 8 sentyabrda vəfat edib.

Related image

Yaşar Nuri

Xalq artisti, mərhum sənətkar Yaşar Nurinin haqqında nə az, nə çox düz  4 dəfə ölüm xəbəri yayılmışdı.  O zamanlar qaraciyər serrozundan əziyyət çəkən aktyor həyatının 4 ilini xəstəxanada keçirmişdi. Bu vəziyyətdə hər dəfə onun ölüm xəbərinin yayılmasına gətirib çıxarırdı. 2012-ci il 22 noyabrda Yaşar Nurinin yayılan ölüm xəbərinin doğruluğu isə, uzun müddət sevənlərini məyus edir.

Əli Mirəliyev

Image result for Əli Mirəliyev

2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə müğənni Əli Mirəliyevin ölüm xəbəri yayılır. Sənətçi özü bu haqda belə deyir:

“Deyirlər ki, rəhmətə getmişəm. Bəzi saytlar pul qazanmaq üçün ayda 1 dəfə məni öldürür. Mən öyrəncəliyəm onların işinə, gah deyirlər öldü, gah deyirlər maşın vurdu. Ömrü verən və alan Allahdır. Özü bilən məsləhətdir. Atamın yanında qəbrimi qazıblar, hazır qoymuşam. Demişəm ki, xərcə düşməsinlər. Əzrail gələndə sorğu-sualsız aparır. Qorxuram ki, bir gün öləndə heç kim inanmaya".

Image result for Baloğlan Əşrəfov

Baloğlan Əşrəfov

Müğənni, əməkdar artist Baloğlan Əşrəfov da bir dəfə “ölüb- dirilənlərdəndir”. 

O zamanlar saytlarından biri onun ölüm xəbərini yaysa da, sonradan məlumatı təkzib etmişdi.

 Müğənni açıqlamasında,  bu xəbəri yayanları qınamışdı.

“Belə olmaz axı! Başı batsın o xəbəri yazanın. Bu insan kimdirsə düşmənçiliklə yayır bu xəbəri. Təxribatdır mənə qarşı. Başqa nə ola bilər ki? Əzizlərim, doğmalarım eşidib narahat olurlar”.

Gəlin, əsası olmadan insanları təşvişə salmayaq. Onsuz bir gün yaranan, bir gün gedəcək. Ölümü tələsdirməyin....


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.