Bitki və kərə yağını qarışdırmayın! Bu xəstəlikləri yaradır

Bitki və kərə yağını qarışdırmayın! Bu xəstəlikləri yaradır
04 Sent 2019 09:44

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.

Realpress.az Saglamolun.az-a istinadla  bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.   

Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.

Doktor Anşina yemək hazırlanması zamanı yağları qarışdırmamağı tövsiyə edir. Misal üçün, kartof və ya kotlet qızardanda bir çox qadınlar bunu bitki və kərə yağlarının qarışığında edir. Bu yolverilməzdir.

Həmçinin kardioloq qeyd edir ki, ayrı ayrılıqda kərə və bitki yağında hazırlanmış qidaları eyni qida qəbulu zamanı yemək olmaz. Məsələn, kərə yağında hazırlanmış sous və bitki yağı əlavə olunmuş salat eyni qida qəbulunda yeyilməməlidir.  


25 Fev 2020
Maraqlı

Baş ağrısını sakitləşdirməyin 7 təbii vasitəsi

Son illərdə ağrı kəsicilərə olan tələblər çoxaldığına görə insanlar təbii vasitələrə üstünlük verir.

25 Fev 2020
Maraqlı

“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib

"Google" şirkəti "Google Play" proqramlar mağazasından istifadəçilərə zorla reklam təqdim edən təxminən 600 mobil tətbiqi silib. Ümumilikdə qaydanı pozan proqramlar 4,5 milyard dəfədən çox yüklənilib.

24 Fev 2020
Maraqlı

UNO şimşəkli buludun içinə girərək yox oldu – VİDEO

UNO şimşəkli buludun içinə girərək yox oldu – VİDEO

21 Fev 2020
Maraqlı

Vanqadan dəhşətli proqnoz: fevralın 22-si qlobal fəlakət baş verəcək

Vanqadan dəhşətli proqnoz: fevralın 22-si qlobal fəlakət baş verəcək