Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi: "Miss Planet 2019"a gedirəm

Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi: "Miss Planet 2019"a gedirəm
03 Sent 2019 15:26

Bir neçə gün öncə "E Media Group"un keçirdiyi "The Best of Azerbaijan" adlı mükafatlandırma gecəsində səhnəyə başında tacla çıxan model Aygün Babayevanın fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Əksər sosial şəbəkə istifadəçiləri onun gözəl olmadığını yazaraq, A.Babayevanı məsxərəyə qoyublar.

Realpress.az Oxu.Az-a istinadla xəbər verir ki, Aygün Babayeva fotonun yanlış anlaşılmaya səbəb olduğunu bildirib:

"Ağlıma da gəlməzdi ki, başımda tac, üzərimdə "The Best of Azerbaijan" yazılı lentlə səhnəyə çıxmağım bu cür reaksiyalara səbəb olacaq. Mən sadəcə mükafatları təqdim edirdim.

Üzərimdə olanlar bəzək üçün, gözəl görüntü üçün idi. Bu, mükafatlandırma gecəsi idi, orada model yarışması keçirilmirdi. Hər kəs səhv başa düşüb".

Sosial şəbəkələrin müxtəlif səhifələrində fotosunu paylaşıb, onu lağa qoyanlara isə A.Babayevanın reaksiyası belə olub:

"Bizim millətə fürsət lazımdır ki, kimisə qaralasın. Səhər 5-ə kimi yatmamışam. Haqqımda yazılan çirkin və xoşagəlməz sözləri oxuyub, gülüb bir-bir üstündən keçmişəm. Mən bütün bu yaşananlara yalnız gülürəm.

"Miss Planet 2019" yarışmasında iştirak edəcəyəm. Bu isə yarışmada mənim çıxışıma mənfi təsir göstərir. Bir sözlə haqqımda yazılıb-pozulanlar müsabiqədə mənim imicimi zərbə altında qoyur".

Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə mövzusuna çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin şəffaf olmadığına dəfələrlə etirazlarını bildiriblər. 

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.