Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı MÜHÜM XƏBƏR

Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı MÜHÜM XƏBƏR
03 Sent 2019 10:50

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.

Realpress.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ən çox müraciət edilən ixtisaslar arasında yer alır.

Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər.

Sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır.


29 Okt 2019
Elmi

Xalq artisti Röya Ayxan BDU-da konsert verdi - VİDEO

Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim ediblər.

25 Sent 2019
Elmi

Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi - Video

Bu il Bakı Ali Neft Məktəbinə (BANM)  qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinmanın Azərbaycan dilində çıxışı maraqla qarşılanıb.

19 Sent 2019
Elmi

Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən birinin yaradılmasının mümkün olması iddiası ilə çıxış edib. Söhbət Yer kürəsi və Ayı birləşdirən “körpü”dən gedir.

6 Sent 2019
Elmi

Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq.

4 Sent 2019
Elmi

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.