Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün müəyyən olunur

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün müəyyən olunur
29 Avq 2019 12:15

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) olacaq. Məşğələlərin müddəti həftədə 4 gün olmaqla (12 məşğələ) müəyyən olunur:

- Bir gün ərzində 3 məşğələ;

- Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;

-Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.


19 Sent 2019
Elmi

Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən birinin yaradılmasının mümkün olması iddiası ilə çıxış edib. Söhbət Yer kürəsi və Ayı birləşdirən “körpü”dən gedir.

6 Sent 2019
Elmi

Dərsliklərin Gürcüstanda azərbaycandilli məktəblərə çatdırılmasında səfirliyin nümayəndələri də iştirak edəcəklər

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq.

4 Sent 2019
Elmi

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

3 Sent 2019
Elmi

Diş minasını bərpa edən gel hazırlanıb

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

3 Sent 2019
Elmi

Peşə məktəblərinə sənəd qəbulu ilə bağlı MÜHÜM XƏBƏR

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.