Deputatlar bank rəhbərləri ilə görüşəcək - Faiz dərəcələrindən narazılıq var

Deputatlar bank rəhbərləri ilə görüşəcək - Faiz dərəcələrindən narazılıq var
29 Avq 2019 11:45


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2019-cu ilin payız sessiyası üçün bir sıra məsələləri müzakirəyə çıxarmaq istəyir.

Bu barədə realpress.az-a komitənin üzvü Vahid Əhmədov deyib.

O bildirib ki, müzakirələr zamanı bank sistemindəki müəyyən problemlərə toxunulacaq:

"Bundan başqa, yarımçıq qalan qanun layihələrinə də baxmalıyıq".

Deputat qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması üçün də məsələ qaldıracaq:

"Biz istəyirik ki, 2019-cu ildə Rəqabət Məcəlləsini qəbul edək. Bu, Strateji Yol Xəritəsində də öz əksini tapıb".

Bank sistemindəki problemlərə gəlincə, V.Əhmədov vurğulayıb ki, faiz dərəcələri yüksək olaraq qalır:

"Biz bank sistemində faiz dərəcələrinin aşağı salınmasını ciddi şəkildə hiss etmirik. Çalışacağıq ki, bank rəhbərləri ilə görüşlər keçirilsin.

Bank sisteminin sağlamlaşdırılması üçün hansı addımların atılmalı olduğunu da müzakirə etmək niyyətindəyik. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin həlli istiqamətində müəyyən işlər görüb. Amma hesab edirəm ki, bu, kifayət etmir".

Qeyd edək ki, Milli Məclisin 2019-cu il payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.