Türkiyənin Naxçıvan qərarı Ermənistanda şok effekti yaradıb

Türkiyənin Naxçıvan qərarı Ermənistanda şok effekti yaradıb
28 Avq 2019 10:23

Başda Ermənistanın xarici işlər naziri olmaqla erməni rəsmilər və ekspertlər son günlər Türkiyənin Azərbaycana artan hərbi dəstəyi və Ankaranın Naxçıvanda hərbi baza yaratmaq ideyasını qızğın müzakirə edirlər. 

Realpress.az xəbər verir ki, erməni tərəfi Naxçıvanda açılacaq bazanın Qarabağ uğrunda aparılacaq müharibədə aktiv şəkildə istifadə olunacağını iddia edir. 

Azərbaycanda Türkiyədə də daxil olmaqla, hər hansı xarici ölkənin baza açmaq fikri realdırmı? Azərbaycanın daxil olduğu coğrafiya, mövcud şərtlər buna imkan verirmi?

Mövzunu araşdırmaq üçün espertlərin fikri ilə sizi tanış edəcəyik. Politoloq Exlan Şahinoğlu hesab edir ki, Naxçıvanda hərbi bazanın açılması Azərbaycan üçün vacibdir: “Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Əslində Ermənistan da eyni siyasətdən çıxış edir. Çünki Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.

Türkiyənin Azərbaycanda hərbi baza açmasını çox arzulayan insanlardan biri hərbi ekspert Üzeyir Cəfərovdur. O, “hürriyyət”ə açıqlamasında deyib ki, Naxçıvanla bağlı ciddi narahtçılıq olmasa da, ölkə ərazisində belə bir bazanın olması lazımdır: “Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir. Yəni bu dövlətlə dünyanın bir nömrəli dövləti olan Amerika hesablaşır. Baxmayaraq ki, təzyiqlər, təhdidlər, bəzən də şantajlar dövriyyəyə buraxılır. Mən S-400-lə bağlı məsələni deyirəm. Amma bütün bunlara baxmayaraq, Türkiyənin hərbi bazasının Naxçıvanda olması çox yaxşı olardı. Ümumiyyətlə, Naxçıvanla bağlı mənim ciddi narahatçılığım yoxdur. Çünki “Qars” müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizlik məsələsi Türkiyə tərəfindən himayə olunub. Bu, beynəlxalq sənədlər də öz əksini tapıb. Amma Abşeronda da Türkiyənin hərbi bazasının olması yaxşıdır. Çünki bu, o anlama gələcək ki, Azərbaycanla bağlı hansısa bir ölkənin, istər şimal, istərsə cənub, istərsə də bədman qonuşlarımız olsun, hərəkət etməsini bir qədər çəkindirəcək. Yəni hərbi bazanın olması çəkindirici faktor kimi lazımdır”. 

Qeyd edək ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov "Azərtac"a açıqlamasında bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması barədə yayılan məlumatlara aydınlıq gətirib. O, bildirib ki, Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur və bu, həqiqətə uyğun deyil.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdirAydın Mirzəzadəisə hesab edir ki, hərbi doktrinaya əsasən Azərbaycanda xarici ölkələrin hərbi bazası yaradıla bilməz. O, ”trend”ə açıqlamasında qeyd edib ki, bu informasiyaların heç bir əsası yoxdur: “Əgər biz suverenliyimizin bir hissəsini hansısa ölkəyə bağışlasaydıq, Ermənistanın işğalı altında olan Qarabağ çoxdan azad olunardı. Amma bizə yarımçıq müstəqillik lazım deyil. Bu informasiyaların heç bir əsası yoxdur. Çünki Azərbaycan Respublikasının Hərbi doktrinasına görə Azərbaycanda xarici ölkələrin hərbi bazası yaradıla bilməz. Azərbaycanın 1993-cü ildən bəri - əvvəlcə ümummilli lider Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın müstəqil dövlət siyasətidir və Azərbaycan heç bir halda suverenliyini nəyəsə görə qurban verə bilməz".

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.