Azərbaycanlı hərbi pilotlar MiQ-29-larla təlim keçəcək

Azərbaycanlı hərbi pilotlar MiQ-29-larla təlim keçəcək
27 Avq 2019 17:31


Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə "TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə sentyabrın 2-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 "Kasa" təyyarələri, Mi-35, Mi-17, "Sikorski" UH-70, CH-47 "Çinok" və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.

20 Sent 2019
Hərbi

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

20 Sent 2019
Hərbi

Cəbhədən SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

19 Sent 2019
Hərbi

Zakir Həsənov təlimləri izlədi - VİDEO

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.

17 Sent 2019
Hərbi

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.

16 Sent 2019
Hərbi

Düşmən atəşkəsi yenə pozdu — Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.