Dövlət qurumlarının maşınları "su qiyməti"nə satışa çıxarılır - SİYAHI

Dövlət qurumlarının maşınları "su qiyməti"nə satışa çıxarılır - SİYAHI
27 Avq 2019 14:30


Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 24-də rəsmi qurumların balansında olan avtomobillərin hərracını keçirəcək.

Realpress.az xəbər verir ki, satışa ümumilikdə 14 avtomobil çıxarılacaq. 

Azərbaycan Milli Məclisinin İşlər İdarəsinin balansında olan "Nissan Maxima" markalı iki nəqliyyat vasitəsi, 50 faiz endirimlə hər biri 3500 manata təkrar hərraca çıxarılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri ("Chevrolet Niva") 5400 və 7200 manata satışda olacaq. 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin balansında olan nəqliyyat vasitəsi ("UAZ-31512") 1000 manata təklif olunacaq.  

Həmçinin, Baş Prokurorluğun, Təhsil Nazirliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitələri 50 faiz endirimlə (müvafiq olaraq 3500, 1500 və 2000 manat) təkrar hərraca çıxarılır.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.  


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.