Kosmik müharibəyə hazırlıq: rekord miqdarda pul ayrılır

Kosmik müharibəyə hazırlıq: rekord miqdarda pul ayrılır
27 Avq 2019 13:08


Avqustun 21-də Yaponiya Müdafiə Nazirliyinin 2020-ci il üçün hazırladığı büdcə planının məzmunu məlum olub.

Realpress.az-ın məlumatına görə, büdcədə Yaponiyanın kosmik imkanlarının artırılması üçün yeni kosmik qüvvələrin yaradılması nəzərdə tutulur.

Yaponiya kosmosa nəzarət etmək üçün ABŞ-dan olan hərbi təlimatçıları ölkəyə dəvət edəcək. Eyni zamanda, Yaponiya hərbçilərini Birləşmiş Ştatlara təcrübə keçmək üçün göndərəcək.

Bundan başqa, kosmosa yerləşdirmək üçün yeni optik teleskop hazırlanacaq. ABŞ, Çin, Rusiya və digər ölkələr kosmik məkanın hərbi məqsədlər üçün istifadəsinə dair araşdırmalara başlayıblar. Yaponiya da bu məsələyə qısa müddətdə cavab verməlidir.

Yaponiyanın müvafiq sistemləri ABŞ texnologiyasına uyğun olacaq. Həmçinin iki ölkə arasında məlumat mübadiləsi həyata keçiriləcək.

Yaponiyanın kosmik qüvvələri Tokio prefekturasının Futyu şəhəri yaxınlığındakı hərbi bazada yerləşdiriləcək.

Kosmik bölmənin tərkibinə Yaponiya Aerokosmik Tədqiqatlar Mərkəzində və ABŞ Hərbi Hava Qüvvələrində təlim keçmiş 70 mütəxəssis daxil olacaq.

Bununla paralel olaraq, Quru Qoşunlarında elektron müharibə bölməsi yaradılacaq. Bu bölmənin vəzifəsi elektromaqnit dalğalarından istifadə etməklə düşmən qüvvələrinin fəaliyyətinə maneələr yaratmaqdan ibarət olacaq. 80 nəfər şəxsi heyətdən ibarət olacaq birlik Çin qoşunlarının hərəkətlərini izləyəcək.

Büdcədə elektron döyüş təyyarələrinin inkişaf etdirilməsi də planlaşdırılır. Bu texnika düşmən raketlərinin atılmasının qarşısını almaq üçündür.

Yaponiya Müdafiə Nazirliyi bildirir ki, bu sistemlə ölkəyə qarşı hava hücumlarını effektiv şəkildə dəf etmək olar.

Yaponiyanın 2012-ci ildən bu yana müdafiə xərcləri artır. Bu isə mütəxəssisləri narahat edir. Yaponiya kosmik qüvvələrə isə rekord miqdarda vəsait ayırmağı planlaşdırır (5.3 trilyon yen).

Mütəxəssislər bildirirlər ki, kosmosda çox sayda rabitə peykinin olması təhlükəsizlik nöqteyi-nəzərindən nəzarətin əhəmiyyətini artırır.

Peyklərin digər köhnə qurğuların qalıqları ilə toqquşma riski var. Bundan başqa, Rusiya və Çinin düşmən peyklərini məhv etmək üçün "qatil peyklər" hazırladığı ehtimal edilir.

ABŞ isə yerüstü radarlardan istifadə etməklə kosmosda müşahidə aparır.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.