YUXU POZUNTUSU – BARIŞMALI, YOXSA MÜBARİZƏ APARMALI.

YUXU POZUNTUSU – BARIŞMALI, YOXSA MÜBARİZƏ APARMALI.
26 Avq 2019 17:11

YUXU POZUNTUSU – BARIŞMALI, YOXSA MÜBARİZƏ APARMALI.

Hər bir kəs həyatının müəyyən dövründə yuxu pozuntusu ilə üzləşir. Yuxu pozuntusunun ümumi əhali arasında 6-30 % olaraq yayılması müəyyənləşdirilmişdir. Yuxu pozuntusu (insomniya) elə bir haldır ki, insanın yuxuya getməsi, ümumi yuxu saatı və ya erkən səhər saatlarında oyanması ilə əlaqədar problemlər yaranır. Yuxu pozuntusu mənşəyinə, yaranma səbəblərinə, davamlılığına görə fərqlənir, hətta insanın yaşına görə müxtəlif şəkildə rast gəlinir.

Yuxu pozuntuzu növləri.

Kəskin yuxu pozuntusu. Bu yuxu pozuntusu stres nəticəsində meydana çıxır, narahat yuxunun əmələ gəlməsinə səbəb olur, qısamüddətli yuxu pozuntusu da adlanır.

Uşaqlıq dövrü davranışı ilə əlaqədar yuxu pozuntusu. Bu yuxu pozuntusu uşaqlıq dövründə meydana çıxır, uşağın yalnız valideyn və ya qulluq edən şəxslə yatması ilə bağlıdır.  

İdiopatik yuxu pozuntusu. Bu yuxu pozuntusunun səbəbi məlum deyildir.

Dərman və digər maddələrin qəbulu ilə əlaqəli meydana çıxan yuxu pozuntusu. Bu yuxu pozuntusu dərman vasitələri, kofein, alkoqol və s. maddələrin qəbulu ilə əlaqədardı.

Xəstəliklə əlaqəli meydana çıxan yuxu pozuntusu. Bu yuxu pozuntusu onun gedişatı və ağırlıq dərəcəsini müəyyənləşdirən psixi pozuntunun əlaməti kimi meydana çıxır.

Paradoksal yuxu pozuntusu. Bu yuxu pozuntusu zamanı xəstə ağır yuxusuzluqdan əziyyət çəkdiyini bildirsə də, onda ciddi pozğunluqlar aşkar etmək olmur. 

 Psixofizioloji yuxu pozuntusu. Bu halda insanlar yuxu barədə həddən artıq narahatlıq keçirirlər, nəticədə, yuxusuzluq problemi güclənmiş olur.

Yuxu pozuntusunun ağırlaşmaları. Yuxusuzluq halı içki aludəçiliyinə, dərmandan asılılığa gətirib çıxara bilər. Yuxusuzluqdan əziyyət çəkən insanlarda psixi pozuntu sağlam insanlara nəzərən 2,5 dəfə çox rast gəlinir, depressiv pozuntunun inkişafı riski isə 4 dəfə artmış olur. Bundan başqa, yuxu pozuntusu hipertoniya xəstəliyinin, mədə-bağırsaq traktı, ürək-damar sistemi xəstəliklərinin ağırlaşmasına səbəb olur. Hazırda yuxusuzluq probleminin insan ömrünə təsiri barədə kifayət qədər sübutlar vardır. Tədqiqatlarla müəyyən olunub ki, yuxu saatının 4,5 saatdan az olması insan ömrünü 15% azaldır.

Yuxu pozuntusunun müalicəsi. Yuxu pozuntusunun müalicəsi öncə əsas səbəbi aradan qaldırmaqla başlayır: dərman qəbulu, içki aludəçiliyi, kofein, nikotindən çox istifadə, depressiv pozuntu, daxili orqanlarla əlaqəli xəstəliklər (qalxanabənzər vəzi xəstəlikləri, ürək çatışmazlığı və s.). Yuxunun ümumi gigiyenasına yuxu rejiminin normallaşdırılması (eyni saatlarda yatmalı, səhər durmağa çalışmalı,  gündüz yatmamalı), səhər və gündüz edilməli  mütəmadi  idman məşğələləri (axşam yatmazdan qabaq bunu etmək olmaz), qidalanma rejiminin formalaşdırılması (yatmağa 3-4 saat qalmış yemək olmaz) daxildir. Günün ikinci yarısı qəhvə, çay içmək, alkoqollu içki qəbulu məsləhət görülmür, tütün istifadəsindən imtina edilməlidir. Önəmli olan yuxunun baş verəcəyi yerdir. Yataq, yastıq  rahat olmalı, yataq otağında işıq olmamalıdır, təmiz saxlanılmalıdır, otağın havası tez-tez dəyişdirilməlidir. Bəzən yuxunu asanlaşdıran rituallar (isti vanna qəbulu, yatmazdan qabaq gəzinti) xeyirli olur. Yuxugətirici preparatların istifadə olunması əsasən kəskin yuxu pozuntuları zamanı məsləhət görülür.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Realpress.az


18 Sent 2019
Səhiyyə - Sağlamlıq

Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!

Qaraciyərin əsas düşmənlərdən biri spirtli içkilərdir. Alimlər sübut edib ki, qaraciyər üçün spirtli içkilərin “ziyansız” miqdarı yoxdur və belə içkilərin hətta 1 qurtumu qaraciyərə dağıdıcı təsir edir.

18 Sent 2019
Səhiyyə - Sağlamlıq

Səhər yeməyini mütləq yeyin - FAYDALARI

"Səhər yeməyini özün ye, günorta dostuna, axşam isə düşməninə ver" atalar sözünü hamımız eşitmişik. Bəs hamımız ona əməl edirikmi?

17 Sent 2019
Səhiyyə - Sağlamlıq

"Əhalimizin sağlamlıq qayğısının yeni adı - Günəbaxan"

Hər kəs üçün özü ilə günəşin istisini, səmanın təmizliyini və təbiətin gözəlliyini gətirdi...

17 Sent 2019
Səhiyyə - Sağlamlıq

Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın, əti bişirməzdən əvvəl yumayın... - Mütəxəssisin tövsiyələri

Düzgün qidalanma sağlam həyatı şərtləndirən vacib şərtlərdəndir. Sağlamlığı qorumağın əsas şərtlərindən biri də qida zəhərlənmələrindən qorunmaq, tərkibində bakteriyalar olan məhsullardan uzaq olmaqdır.

16 Sent 2019
Səhiyyə - Sağlamlıq

Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU

Əgər bir gün bir anda beyinə kifayət qədər qan getməzsə nə olacağını bilirsinizmi?