YAYDA SİSTİT.

YAYDA SİSTİT.
26 Avq 2019 11:37

Sistit - sidik kisəsinin selikli qişasının iltihabıdır. Bu xəstəlikdən daha çox qızlar və qadınlar əziyyət çəkir. Çünki qadın orqanizminin quruluş xüsusiyyəti xəstəlik törədən bakteriyaların asanlıqla sidik kisəsinə düşməsinə imkan verir. Statistikaya görə 15-60 yaş arası qadınların 15%-i həyatında heç olmasa bir dəfə sistit olublar.

Sistitin simptomları. Sistit zamanı ilkin olaraq sidik kisəsi nahiyəsində ağrı, tez-tez sidiyə getmə kimi əlamətlər müşahidə olur. Sidik bulanır, xoşagəlməz qoxusu olur, bəzən qan izləri görünür. Əfsuslar olsun ki, bu xəstəlik insanları daha çox yayda, məzuniyyət vaxtı narahat edir. Qadınlar sistit zamanı fiziki diskomfortla yanaşı psixoloji baxımdan narahat olurlar. Həyəcan hissi, ayaq yoluna tez-tez getmək ehtiyacı, əhval ruhiyyənin olmaması nəticədə yorğunluğa gətirib çıxarır. Biz məzuniyyətdən bunu gözləyirdik? Sistit uzunmüddət ərzində gözlənilən istirahəti körlaya bilər.

Sistitin səbəbləri. İnfeksiyaya şərait yaradan faktorlar zəifləmiş immunitet, soyuqlama, xroniki yorğunluq və şəxsi gigiyena qaydalarına əməl etməməkdir. Sırf yay aylarında səyahət zamanı sistitlə asanlıqla xəstələnmək mümkündür, çünki gündəlik rejimin dəyişməsi, uzun müddət nəqliyyatda olma gigiyena qaydalarına tam olaraq riayət etməyə imkan vermir. Xüsusilə dənizdə soyuq suda çimmək vəziyyəti daha da pisləşdirir. Demək olar ki, hamı çimdikdən sonra çimərlik geyimini dəyişmir. Bu halda bakteriyalar asanlıqla sidik kanalına, sonra da sidik kisəsinə keçə bilərlər.

Sistitin profilaktikası. Özünüzü qorumaq üçün hər dəfə dənizdə çimdikdən sonra duş qəbul edin. Sidiyə vaxtında gedin, çoxlu maye qəbul edin, hərəkətli olun, qəbizliyi aradan qaldırın, şəxsi gigiyena qaydalarına əməl edin. Sistitin müalicəsi zamanı iltihabı aradan qaldırmaq üçün bitki tərkibli, xüsusilə quşüzümü tərkibli əlavələrdən istifadə etmək tövsiyə olunur. Sistit zamanı vaxtında həkimə müraciət edin. Xəstəliyin müalicə kursu uzun müddətli deyil, amma vaxt itirsəz, xəstəlik xroniki hala keçəcək təkrar-təkrar sizi narahat edəcək.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir. 

Realpress.az


12 Fev 2020
Səhiyyə - Sağlamlıq

Xərçəngdən, infeksiyalardan qoruyan ən güclü vasitə: QARA SARIMSAQ

Haqlı olaraq “sarımsağın qarası da olur?”, - deyə soruşa bilərsiniz. Bəli, olur.

10 Fev 2020
Səhiyyə - Sağlamlıq

Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə 2 nəfər var - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirusla bağlı birgə məlumat yayıb.

15 Yan 2020
Səhiyyə - Sağlamlıq

Sidiyin bu rəngi ağır xəstəliyə işarədir

Böyük Britaniya onkoloqları xəbərdarlıq edir ki, sidiyin “portağal” rəngində olması mədəaltı vəzi xərçənginin inkişafına işarə edə bilər.

10 Yan 2020
Səhiyyə - Sağlamlıq

Mədə xərçənginin əsas SİMPTOMLARI

Mədə xərçəngi ən təhlükəli və çətin müalicə olunan xərçəng növlərindən sayılır.

10 Yan 2020
Səhiyyə - Sağlamlıq

Bitki və kərə yağını qarışdırmayın! Bu xəstəlikləri yaradır

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.