"Hababam sınıfı"nın daha bir aktyoru vəfat etdi - FOTO

"Hababam sınıfı"nın daha bir aktyoru vəfat etdi - FOTO
25 Avq 2019 21:31


"Hababam sınıfı" adlı məşhur ekran əsərinin daha bir aktyoru vəfat edib.

realpress.az xəbər verir ki, sözügedən ekran işində Domdom Ali obrazını canlandıran aktyor Feridun Şavlının qardaşı, epizodik rollardan birinin ifaçısı Faruk Şavlı dünyasını dəyişib.

Bu yaxınlarda dəri xərçəngindən müalicə alan və Adanadakı xüsusi bir xəstəxanada müalicə görən Faruk Şavlı həyatda qalmaq üçün mübarizə aparırdı.

Aktyorun xəstəliyi daha da irəlilədiyindən onun həyatını qurtarmaq mümkün olmayıb.

"Felaket Tellalı" ləqəbi ilə məşhurlaşan sənətçi Onur Akay aktyorun vəfatı haqda məlumatı şəxsi “İnstagram” hesabında paylaşıb.

Qeyd edək ki, "Hababam sınıfı"nın məşhur heyətindən Tarık Akan (Damat Ferit), Kemal Sunal (İnek Şaban), Adile Naşit (Hafize Ana), Halit Akçatepe (Güdük Necmi) də vəfat ediblər.



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.