Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər

Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər
22 Avq 2019 14:39

İnsan qanı təkcə qruplara (I, II, III və ya IV qan qrupu), eləcə də rezus faktoruna görə (müsbət və ya mənfi) təsnif olunur.

İnsanın həyatı boyunca qan qrupu dəyişməz qalsa da, rezus faktoru gözlənilmədən dəyişə bilər.

AZƏRTAC xəbər verir ki, bu yenilik Vyana Tibb Universitetinin bir qrup aliminin apardığı tədqiqat nəticəsində müəyyən edilib. Tədqiqat qrupunun rəhbəri Qünter Körmöçi bildirib ki, tibbi praktikada qan dövranında tez-tez həm müsbət, həm də mənfi rezus faktorlu qan hüceyrələrini daşıyan pasiyentlərə rast gəlmək mümkündür. Eyni şəxsdə qarışıq rezus faktoru qəfil baş verən genetik mutasiya sayəsində mümkün olur.

Alim bildirib ki, qarışıq rezus faktoru pasiyentlərdə ötən əsrin 60-cı illərində müşahidə edilsə də, bunun dəqiq izahı verilə bilmir və bütün hallar qan xəstəlikləri ilə (leykoz və s.) izah edilirdi. Lakin avstriyalı alimlər müşahidə ediblər ki, bir sıra pasiyentlər qanda eritrozitlərdə xüsusi antigenləri, yəni müsbət rezus faktorunu yaş artdıqca itirə bilirlər və bu halda bədənin hansısa bir hissəsində qan hüceyrələrində rezus faktoru mənfiyə çevrilir. Müəyyən edilib ki, belə pasiyentlərin yarısında qan xəstəliyi yoxdur, bu, yalnız orqanizmin yaşlanması fonunda baş verən genetik mutasiyadır.

Alimlər, həmçinin müəyyən ediblər ki, qanda rezus faktorundakı dəyişiklik, – indiyədək hesab edildiyi kimi, - təkcə qanyaradıcı (hemopoetik) kök hüceyrələrdə deyil, eyni zamanda, çoxxassəli (pluripotent, asanlıqla yerləşdiyi toxumanın formasını ala bilən) kök hücəyrələrdə rast gəlinir. Alimlərin rəyinə görə, rezus faktorunun müsbətdən mənfiyə dəyişməsi yaşı 65-dən yuxarı şəxslərdə heç də nadir hadisə deyil və hər 500 nəfərdən birində bu hala rast gəlmək mümkündür.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.