Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20 Avq 2019 15:35


Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları və katerləri,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Vaqif Cəfərov" kran,  "Nefteqaz-58" təchizat-yedək, "Məmməd Süleymanov" elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dalğıcları cəlb olunmuşdular.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Dünən hərbi təyyarənin "qara qutu"su tapılıb. Bu gün isə hərbi pilotumuzun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

20 Sent 2019
Hərbi

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

20 Sent 2019
Hərbi

Cəbhədən SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

19 Sent 2019
Hərbi

Zakir Həsənov təlimləri izlədi - VİDEO

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.

17 Sent 2019
Hərbi

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.

16 Sent 2019
Hərbi

Düşmən atəşkəsi yenə pozdu — Cəbhədə gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.