Kamran Ağabalayev Rusiya istehsallı filmdə baş rolda oynayacaq

Kamran Ağabalayev Rusiya istehsallı filmdə baş rolda oynayacaq
20 Avq 2019 11:13


Aktyor Kamran Ağabalayev Rusiya istehsalı olan "Rus qul" ("Русский раб") serialında rol alacaq.

Realpress.az xəbər verir ki, bu barədə K.Ağabalayev şəxsi "Facebook" hesabında foto və məlumat paylaşıb.

Belə ki, serialın Türkiyədə baş tutan ilk çəkiliş günündən foto yayımlanan aktyor bunları yazıb:

"Təyyarədə nasazlıq yarandığı üçün sınaq çəkilişinə yeddi saat gecikmişdim. Sonra iki saat ərzində bacarığını ortaya qoymağa məcbursan! Sonra gözləyirsən! Sonra səni tarixi janrda çəkiləcək "Русский раб", yəni "Rus qul" adlı 12 seriyalı filmdə baş rollardan birinə təsdiq edirlər".

Qeyd edək ki, rusiyalı prodüser Yelena Deniseviçin tarixi janrda ərsəyə gətirdiyi ekran işində K.Ağabalayev Bəyazid Ağa obrazını canlandıracaq.


24 Yan 2020
Mədəniyyət

Həmidə Ömərova professor oldu

Xalq artisti Həmidə Ömərova "professor" elmi adına layiq görülüb.

14 Yan 2020
Mədəniyyət

Zeynəb Xanlarova 12 il sonra konsert verəcək

Xalq artisti Zeynəb Xanlarova 12 ildən sonra solo konsert verəcək.

30 Dek 2019
Mədəniyyət

Əbülfəs Qarayev: “Nəsimi ili” mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı

Mədəniyyət naziri Əbülfəs Qarayev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.