Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB

Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB
19 Avq 2019 09:47

Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov keçmişi ilə bağlı etiraf edib.

Realpress.az yenicag.az-a istinadla xəbər verir ki, aktyor illər öncə içkiyə qurşandığını və bu vərdişdən xilas olmaq üçün tövbə etdiyini bildirib:

"İçkiyə qurşanmışdım. Bu vərdişimlə anamı, övladlarımı çox incidirdim. Amma bu yoldan dönə bilmirdim, bacarmırdım. Onları həddən artıq çox sevdiyim üçün Qurana əl basıb, tövbə etdim. Eşitmişdim ki, tövbə edən insan səhvini təkrarlasa, yaxın adamı ölər. Doğmalarımı çox sevdiyim üçün bilirdim ki, mən onlara görə, heç vaxt səhvimi təkrarlamaram. Onda 36 yaşım vardı. Düz 23 ildir ki, dilimə spirtli içki dəymir".

Aktyor Az.TV-nin "Ağ-qara" verilişində bu etirafı edib.



24 Yan 2020
Mədəniyyət

Həmidə Ömərova professor oldu

Xalq artisti Həmidə Ömərova "professor" elmi adına layiq görülüb.

14 Yan 2020
Mədəniyyət

Zeynəb Xanlarova 12 il sonra konsert verəcək

Xalq artisti Zeynəb Xanlarova 12 ildən sonra solo konsert verəcək.

30 Dek 2019
Mədəniyyət

Əbülfəs Qarayev: “Nəsimi ili” mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı

Mədəniyyət naziri Əbülfəs Qarayev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.