Bu il 12 minə yaxın mənzil qazlaşdırılıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Belə ki, bu ilin avqustun əvvəlinə qədər 179 bina üzrə 11 786 mənzil, təkcə iyul ayında isə 35 bina üzrə 3072 mənzil qazla təmin olunub.
Bu işlərin icrası çərçivəsində Birliyin əməkdaşları qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirib. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımı köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilib.
Realpress.az
2020-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 4 milyard 107,8 milyon ABŞ dolları olub. Ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 10,9 faiz azalıb.
Azərbaycan Mərkəzi Bankı 18 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.