Bakı-Qazax magistral yolunda qəza: yeddi yaralı - YENİLƏNİB + FOTO

Bakı-Qazax magistral yolunda qəza: yeddi yaralı - YENİLƏNİB + FOTO
13 Avq 2019 15:02


Hacıqabulda qəzada xəsarət alanların adları məlum olub.

realpress.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar Biləsuvar və İmişli sakinləri - 1980-cı il təvəllüdlü Hüseynli Elçin Ələsgər oğlu, 1966-cı il təvəllüdlü Nazim Əzizov, 1980-cı il təvəllüdlü Babayev Vüsal Ələmdar oğlu, 2014-cü il təvəllüdlü Nahim Əzizov, 1968-ci il təvəllüdlü Əzizova Arifə Bəybala qızı və Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Səfərov Elnur İsrail oğlu, 1953-cü il təvəllüdlü Eyvazova Məleykə İbrahim qızıdır.

Faktla bağlı araşdırma aparılır

11:43

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

realpress.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

İki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.