DİM sədri: Bu il 600 baldan yuxarı nəticələr çox deyil, keçid balları aşağı düşüb

DİM sədri: Bu il 600 baldan yuxarı nəticələr çox deyil, keçid balları aşağı düşüb
10 Avq 2019 16:31


İlkin nəticələrə əsasən, bu il ali məktəblərə qəbul olma faizi 88% təşkil edib.

Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu göstəricisi ötən il də eyni olmuşdu:

“Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”.

M.Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını da açıqlayıb.

O bildirib ki, keçid balı imtahanda iştirak edən abituriyent və yerlərin sayının artıb-azalması, həmin ilin nəticələri, yəni yüksək və ya aşağı bal toplayanların nəticəsinə görə formalaşır: “Müxtəlif qruplarda nəticələr fərqlidir. Biz deyirdik ki, III qrupda müsabiqə vəziyyəti yüksək olacaq, nəinki II qrupda”.

DİM rəhbəri qeyd edib ki, Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyidir:

“Belə ki, bu ixtisasa dövlət sifarişi əsasında ötən il 540-dan çox nəticəsi olanlar qəbul olunmuşdu. Həmin ixtisasın bu ilki keçid balı 522,3 bal olub.

II qrupda Azərbaycan Dövlət İqtisad Universitetində keçən il tədris dili ingilis dilində olan maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olunsa, bu il sonuncu qəbul olan şəxs 643,4 balla həmin ixtisasa daxil olub.

III qrupda Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Yaxud həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 416 bal idisə, bu il 464,6 toplayan abituriyent qəbul olub. Bir faktı da qeyd edim ki, bu il 400-550 arası bal toplayanların sayı artıb”.

M.Abbaszadə əlavə edib ki, IV qrupda Azərbaycan Tibb Universitetində illərlə populyarlığını itirməyən müalicə işi ixtisasına ötən il dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub:

“Yaxud həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib.

Müqayisələr onu göstərir ki, bu yerlər üzrə sıxlıq yüksəkdir. Yəni bu il 600 baldan yuxarı nəticələr çox deyil və keçid balları aşağı düşüb. Bu nəticələrə subbakalavrların (kollec məzunları) mövcudluğu heç bir təsir göstərməyib”.

Realpress.az

17 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

17 Apr 2024
Cəmiyyət

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.

17 Apr 2024
Cəmiyyət

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.

17 Apr 2024
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

17 Apr 2024
Cəmiyyət

Milli Məclisdə dinləmə keçirilir

Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində" movzusunda dinləmə keçirilir.