Bakıda 84 yaşlı qadın itkin düşüb.
Hüquq-mühafizə orqanlarından realpress.az-a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, rayonun Nərimanov küçəsi, ev 39 ünvanında yaşayan 1935-ci il təvəllüdlü Yusubova Zilfi Yolçu qızı səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə aidiyyəti orqanlara onun qızı, 1971-ci il təvəllüdlü İsmayılova Arzu Həmid qızı ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı bu ilin noyabrında tamam olub.
Bakıda Yeni il münasibətilə bayram yarmarkaları fəaliyyətə başlayıb.