Yağışdan sonra Bakıda baş verən qəzalar kameraya düşdü - VİDEO

Yağışdan sonra Bakıda baş verən qəzalar kameraya düşdü - VİDEO
09 Avq 2019 16:42

Bu gün havanın yağmurlu keçməsi paytaxt Bakıda bir neçə qəzaya səbəb olub. 

Realpress.az Avtosfer.az-a istinadla xəbər verir ki, qəzalar yüksək sürət rejimi tətbiq olunan yollarda baş verib. Həmin qəzaların videosuna baxdıqda məlum olur ki, hava və yol şəraitini düzgün qiymətləndirmirlər. Belə ki, əyləc sistemindən düzgün istifadə etməmək, ara məsafəsini düzgün seçməmək, sürət həddini aşmaq bu qəzalara səbəb olub.

Birinci qəzada “VAZ-2107” markalı avtomobilin sürücüsü qəfildən tormozloma edir. Çünki maşın idarəetmədən çıxıb yolun sağındakı dəmirlərə dəyəcəkdi. Sürücü maşını saxlaya bilsə də, arxadan gələn avtobus onu vurur. Burada avtobus sürücüsü qəzanın ağırlıq dərəcəsini aşağı salmaq üçün əlindən gələni edir.

Digər qəza görüntülərdən də aydın olur ki, minik avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü sürəti azaltmaq üçün əyləci basdıqda avtomobil idarəetmədən çıxır və saga gedərək dəmir arakəsmələrə çırpılır.

Üçüncü qəzaya da yüksək sürət səbəb olub. Sürücü sürəti azaltmaq istədikdə avtomobil yerində “oynayır” və arxası ilə yanda hərəkət edən digər avtomobilə toxunur. Daha sonra isə dəmir arakəsmələrə dəyən avtomobilin sükanını sürücü sonda saxlaya bilir.

Dörüncü qəzada “Mercedes” getdiyi yerdə idarəetmədən çıxır. Sürüşən avtomobil yerində dövrə vuraraq sağdakı arakəsmələrə dəyir və dayanır. Sürət yüksək olduğu üçün sürücü avtomobili vaxtında saxlaya bilmir.

Beşinci qəza isə birinci qəza ilə bağlıdır. Diqqətlə baxsanız görəcəksiniz ki, qəzaya düşmüş “VAZ-2107”ni yoldan çıxarmağa çalışan polislər sürücüyə kömək edirlər. Bu zaman digər avtomobillər qəza yerinə yaxınlaşdıqda sürəti azaldırlar. Lakin “Mitsubishi” markalı “pikap”ın sürücüsü sürəti azaltmadığı üçün yandakı maşına toxunaraq qəza törədir. 


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.