Hakerlər “WhatsApp” messencerində mesajlara müdaxilə etməyi öyrəniblər

Hakerlər “WhatsApp” messencerində mesajlara müdaxilə etməyi öyrəniblər
09 Avq 2019 12:39

“WhatsApp” messencerində istifadəçilərin mesajlarını redaktə etməyə imkan verən boşluqlar aşkar edilib. Bu barədə öz bloqunda İsrailin kibertəhlükəsizlik üzrə “Check Point Software Technologies” şirkətinin mütəxəssisləri məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onların məlumatına əsasən, hakerlər mesaj göndərənin kimliyini dəyişdirmək üçün qrup çatlarında "sitat" funksiyasından istifadə edə bilərlər. Bundan başqa, messencerdə digər istifadəçilərin cavablarının mətnlərini dəyişdirməyə imkan verən boşluq aşkar edilib.

 

“Check Point” şirkətinin mütəxəssisləri bildiriblər ki, hələ 2018-ci ilin sonunda bu boşluqlar haqqında “WhatsApp”a xəbərdarlıq ediblər, amma messencerin tərtibatçıları bu günədək həmin boşluqları aradan qaldırmayıb.

 

Bu il iyulun 26-da “WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyalar istifadəyə veriblər, iyulun 24-də isə messencerin düyməli telefonlarda əlçatan olması məlum olub.

Realpress.az



11 Dek 2019
İT

Finlandiya avropalılara süni intellektin əsaslarını öyrədəcək

Finlandiya Avropa İttifaqı ölkələrinin bütün rəsmi dillərinə tərcümə ediləcək onlayn kurs vasitəsilə Avropa əhalisinin 1 faizinə süni intellekt sahəsində əsas bacarıqları öyrətmək niyyətindədir.

11 Dek 2019
İT

Demək olar ki çərçivəsiz “Redmi 13” noutbuku təqdim edilib

“Redmi” şirkəti dörd bir tərəfdən minimal çərçivəyə malik yeni “RedmiBook 13” noutbukunu təqdim edib.

11 Dek 2019
İT

Bu ölkə elektrik avtomobillərinin satış həcminə görə Avropada liderdir

Almaniya elektrik avtomobillərinin satış həcminə görə bir neçə il birinci pillədə qərarlaşmış Norveçi geridə qoyaraq Avropada lider olub.

11 Dek 2019
İT

“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinin vəziyyətini çətinləşdirəcək

“Windows 7” əməliyyat sistemi 2009-cu ildə təqdim edilib, amma “Microsoft” korporasiyasının yeni “Windows 10” sisteminə keçilməsi üzrə tövsiyələrinə baxmayaraq, sözügedən sistem hələ də istifadə edilir. Tezliklə proqram nəhəngi köhnə əməliyyat sisteminin istifadəçilərinə yeniləməyə ehtiyac olduğunu yenidən xatırladacaq.

11 Dek 2019
İT

“Facebook” hüquq-mühafizə orqanlarının şifrlənmiş məlumatlardan istifadəsinə icazə verməyib

"Facebook" sosial şəbəkəsi hüquq-mühafizə orqanlarına "WhatsApp" və "Facebook Messenger" istifadəçilərinin yazışmalarına çıxış üçün imkan yaratmaqdan imtina edib. Bu barədə qeyd edilən servislərin rəhbərləri tərəfindən ABŞ Baş prokuroruna, ABŞ Daxili İşlər Nazirliyinin rəhbərinə, eləcə də Böyük Britaniya və Avstraliya Daxili İşlər nazirlərinə ünvanlanan məktubda deyilir.