Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" tətbiq edəcəyi növbəti yeniliklə istifadəçilərini sevindirəcək.
Realpress.az redaktor.az-a istinadən bildirir ki, proqrama İnstaqram-ın ən sevilən özəlliyi olan "Boomerang" əlavə olunacaq. Nəticədə istifadəçilər çəkdikləri qısa videolara "Boomerang"la sürət verə biləcəklər.
Yenilik təqribən 7 saniyəlik videolarda istifadə olunacaq. Hazırlanan videolar həm göndəriləcək, həm də proqramın "Hekayə" hissəsində paylaşıla biləcək.
Hazırda sınaq mərhələsində olan yeniliyin əvvəl "iOS", daha sonra isə "Android" istifadəçilərinin ixtiyarına veriləcək. Yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələ ki məlum deyil.
İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı bir neçə kilometr hündürlüyə kül püskürüb. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı görüntülər paylaşılıb.
Böyük Britaniyanın London, Birmingem, Bristol və digər şəhərlərinin sakinləri səmada meteorun düşmə anını müşahidə ediblər.
Amerika kosmik agentliyi NASA hər kəsi xüsusi bir virtual fotostenddə Mars mənzərələri fonunda şəkil çəkdirməyə dəvət edir.