Əzələdaxili iynəni özünə necə vurmaq olar? VİDEO

Əzələdaxili iynəni özünə necə vurmaq olar? VİDEO
08 Avq 2019 17:00

İlk növbədə nəzərinizə çatdıraq ki, bunu yalnız istisna hallarda etmək olar.

Məsələn, siz kənd yerindəsiniz, xəstəxana uzaqdadır, iynə dərhal, vaxt itirmədən vurulmalıdır və s. Bütün digər hallarda tibbi personala müraciət etmək lazımdır.

Beləliklə, insan özünə əzələdaxili iynəni necə vura bilər? Mütəxəssislər bu halda iynəni sağrı (yan) nahiyəsinə vurmağı tövsiyə etmirlər ki, insan özünə iynə vuranda damar və ya sinirə düşə bilər.Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, əzələdaxili iynənin vurulması üçün omba əzələsi istifadə olunur.

Ombanızı vizual olaraq 3 hissəyə bölün. İynə orta hissəyə vurulur.

Daha sonra əllərinizi yuyun, şprisi və ampulanı açın, dərmanı şprisə yığın. Dərini spirtdə isladılmış pambıqla silin.

İynə əzələyə 90 dərəcə altında vurulmalıdır. İynəni axıra qədər deyil, uzunluğunun 2/3 hissəsinə qədər yeridin. Dərmanı asta-asta yeridin, bu halda ağrı az olur.

Sonda şprisi tez çıxardın və iynə vurduğunuz yeri pambıqla sıxın. 


6 Dek 2019
Maraqlı

Dünyanın ən məşhur SOUSLARI — SİYAHI

Sous istənilən əsas yemək və ya qarnir üçün nəzərdə tutulan duru ədviyyatdır. Əvvəllər souslar qidaya duzlu ədviyyat kimi qatılırdı. Məsələm Yaponiyada soy sousunu duz əvəzinə istifadə edirlər. Sousları təkcə hazır yeməklərdə deyil, ərzaqların bişirlməsi zamanıda istifadə etmək olar.

6 Dek 2019
Maraqlı

Yatmaq formanız xarakterinizdən xəbər verir

Hansı formada yatmağınız birbaşa xarakteriniz ilə əlaqəlidir. Yatarkən qollarını önə uzadan şəxslər çoxdur. Ətrafa çox açıq olurlar. Bundan başqa şübhəli və mənfi tiplərdir.

6 Dek 2019
Maraqlı

Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb

Ümrə ziyarətinə gedən 14 özbək zəvvar Səudiyyə Ərəbistanına buraxılmayıb.

5 Dek 2019
Maraqlı

İl ərzində xarab olmayan yeni alma sortu yetişdirildi

ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə riayət etməklə il ərzində xarab olmayan yeni alma sortu yetişdiriblər. Meyvələr artıq ABŞ-da satışa çıxarılıb.

5 Dek 2019
Maraqlı

“Joker” ilin adamı oldu

Xoakin Feniks Hollivudda heyvansevər, hər fürsətdə onların qayğısına qalan bir aktyor kimi tanınır.