Əncir yarpaqlarının bilinməyən faydaları - şəkəri salır, ürəyi qoruyur, damarları təmizləyir...

Əncir yarpaqlarının bilinməyən faydaları - şəkəri salır, ürəyi qoruyur, damarları təmizləyir...
08 Avq 2019 10:30

Ən qədim mədəni bitkilərdən biri olan əncir həm çox dadlı, həm də çox faydalı, müalicəvi meyvədir. Dahi Avisenna ənciri yaşlı insanlar üçün ən yaxşı, ömrü uzadan qida hesab edirdi.

Realpress.az Saglamolun.az-s istinadla bildirir ki, əncirin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Hələ qədimdə təbiblər öskürəyi, soyuqdəyməni əncir yarpaqlarının dəmləməsi ilə müalicə edirdilər.

Əncir yarpaqlarının tərkibində olan fisin damarlarda trombları əridir, yeni trombların əmələ gəlməsinin qarşısını alır və bununla da infarkt və insultun riskini azaldır. Bu xüsusiyyətə görə əncir və əncir yarpaqlarını hətta “təbii aspirin” də adlandırırlar.

Bundan əlavə əncir yarpaqlarının dəmləməsi qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salaraq ürək və damarı xəstəliklərinindən qoruyur. Bütün bunlara görə əncir yarpaqlarından hazırlanmış çay ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox faydalı sayılır.

Əncir yarpaqlarının xərçəng və mikrob əleyhinə xüsusiyyətləri də var.

Əncir yarpaqlarının dəmləməsi şəkərli diabetdən əziyyət çəkənlərə böyük fayda verə bilər. Bu çayın istehlakı qanda şəkərin səviyyəsini tənzimləyir və bununla da xəstənin qəbul etdiyi dərmanların miqdarını azaltmağa kömək edir.

Əncir yarpaqlarından çay hazırlamaq üçün termosa 2 x.q. xırda doğranmış yarpaqları tökün, üzərinə yarım l qaynaq su əlavə edin, 1 saat dəmləyin.

Bu çay öskürək, bronxit, soyuqdəymə zamanı da çox yaxşı yardım edir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.