Kadırov Şeyx Şamili çeçen xalqının məhvində ittiham edib

Kadırov Şeyx Şamili çeçen xalqının məhvində ittiham edib
07 Avq 2019 16:55

"Çeçenistan Respublikasının ərazisinə qanunsuz quldur basqınlarının əsas iştirakçısı və təşəbbüskarı dağıstanlılar olub". 

Realpress.az xəbər verir ki, bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov "Çeçnya Seqodnya" agentliyinə müsahibəsində deyib. 

Ramzan Kadırov açıqlaması zamanı bildirib ki, çeçen xalqının məhvində Şeyx Şamil günahkardır: "1840-ci ildə İmam Şamil Dağıstandan Çeçenistana 400 nəfərlik dəstə ilə gəlib. Martın 8-də Urus-Martanda özünü Çeçenistan və Dağıstanın imamı elan edib. Həmin gündən sonra 20 il ərzində bir neçə dəfə yandırılmayan kənd qalmadı, Çeçenistan sakinləri dağlara getməyə məcbur qaldı, qadınlar, uşaqlar və yaşlılar soyuqdan və aclıqdan öldülər. İmam Şamil Rusiya ilə sülh haqqında danışan hər bir çeçeni edam etdirir, yaşayış məntəqələrini yandırtdırır və ağsaqqalları Qurana and içdirərək Rusiyaya qarşı müharibə aparmağa məcbur buraxırdı".

Çeçenistan prezidenti əlavə edib ki, Şeyx Şamilə ruhani kimi hörmət etsə də, onun çeçen xalqına qarşı rəftarını başa düşmədiyini vurğulayıb: "İmam Şamil olduğu illər ərzində çeçen xalqının sayı iki dəfədən çox, kişilərin sayı isə 70% azalıb. Biz onun xatirəsini bir ruhani olaraq hörmətlə anırıq, amma bilmək istəyirik ki, niyə Çeçenistanda olanda 19 il Rusiya ilə vuruşdu və Çeçenistanın məhvinə səbəb oldu. Dağıstana qayıtdıqdan dörd ay sonra Rusiyaya təslim olub zadəgan oldumu? Bu, Çeçenistan və xalqına qarşı terror deyil, bəs nədir? Yoxsa ikili standartlar 19-cu əsrdə yaranıb?”.

11 Dek 2019
Dünya

Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu

Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu

11 Dek 2019
Dünya

Təyyarələri bir düymə ilə endirmək mümkün olacaq

Təyyarələri bir düymə ilə endirmək mümkün olacaq

11 Dek 2019
Dünya

Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı, tənqid olundu

Ermənistanda Baş Nazir Nikol Paşinyanın Yeni il tədbirlərinin təmtəraqla keçirilməsi barədə verdiyi qərar ölkədə narazılığa səbəb olub.

11 Dek 2019
Dünya

Ekskavatorla akrobatik hərəkətlər edən sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO

Ekskavatorla akrobatik hərəkətlər edən sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO

11 Dek 2019
Dünya

Merkeldən Putinə gözlənilməz sözlər: “Bu gün sən qalibsən...”

Merkeldən Putinə gözlənilməz sözlər: “Bu gün sən qalibsən...”