ABŞ viza sistemini dəyişdirdi: bundan sonra...

ABŞ viza sistemini dəyişdirdi: bundan sonra...
07 Avq 2019 15:25

ABŞ viza sistemində yenilik edib.

Realpress.az xəbər verir ki, sərbəst viza proqramından faydalanan 38 ölkənin vətəndaşları Şimali Koreya ilə yanaşı, İran, İraq, Sudan, Suriya, Liviya, Somali və Yəmənə səyahət etmiş olmaları təqdirində, ABŞ-a giriş zamanı əlavə viza almaq məcburiyyətində olacaqlar.

ABŞ Gömrük və Sərhəd Qoruma Birliyinin (CBP) internet saytında dərc olunan açıqlamada qeyd edilib ki, sözügedən ölkələrə 1 mart 2011-ci il və ondan sonrakı dövrlərdə səyahət ediblərsə, ABŞ-a girişləri məhdudlaşdırılacaq.

Proqram çərçivəsində 38 ölkənin vətəndaşlarına ABŞ-a 90 günlük vizasız giriş haqqı tanınırdı.

Sözügedən 38 ölkə bunlardır:

Andorra, Avstraliya, Avstriya, Belçika, Bruney, Çili, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Litva, Lxtenşteyn, Latviya, Lüksemburq, Malta, Monako, Hollandiya, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə. (publika.az)


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.