Avqustun 7-də ABŞ-ın "SpaceX" kosmik korporasiyası "Falcon 9" raketdaşıyıcısının növbəti uğurlu uçuşunu həyata keçirərək "Spacecom" şirkətinin sifarişi ilə İsrailin "Amos-17" telekommunikasiya peykini orbitə çıxarıb.
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, 36 min km hündürlükdə geosinxron orbitə çıxarılan "Amos-17" aparatı "Boeing" şirkəti tərəfindən hazırlanıb. O, "Amos" peyk qruplaşmasını tamamlayaraq "Spacecom" şirkətinin afrikalı istifadəçilərinin müxtəlif telekommunikasiya servis və xidmətlərinə çıxışını təmin edəcək. Peykin planlaşdırılan istismar müddəti 20 il təşkil edir.
Qeyd olunur ki, "SpaceX" bu buraxılışı sifarişçi üçün pulsuz həyata keçirib. Buna səbəb isə "Spacecom" şirkətinin əvvəlki peykinin (Amos-6) "Falcon 9" raketdaşıyıcısının 2016-cı ilin sentyabrında start meydançasında partlaması nəticəsində itirilməsidir. O zaman "Spacecom" şirkətinə 50 milyon dollar kompensasiyanın ödənilməsi və ya növbəti peykin pulsuz buraxılması təklif olunub. İsrail şirkəti ikinci variantı seçib.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.