ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Jenna ona növbəti nəvə sevinci bəxş edib.
realpress.az xəbər verir ki, avqustun 2-də Corc Buş və Laura Uelçin əkiz qızlarından biri Jenna Buş-Hager oğlan övladı dünyaya gətirib. "Instagram"da gənc valideynlərlə yanaşı, xoşbəxt baba və nənə də bu barədə xəbər paylaşıblar.
Jenna Bush-Hager və əri Henry Hager körpələrinə Henry Harold Hager adını veriblər.
Xatırladaq ki, Corc Buş və həyat yoldaşı Laura Uelçin iki qızı var: Barbara və Jenna. Onlar əkizdirlər.
"NBC TV"-də səhər verilişinin aparıcısı Jenna Buşla Henry Hager 10 may 2008-ci ildə Texasda, ABŞ prezidentinin rançosunda evləniblər. Cütlüyün bu nigahdan 6 yaşlı Mila və 4 yaşlı Poppy adlı övladı var.
Qeyri-kommersiya təşkilatı olan Qlobal Sağlamlıq Korpusunun sədri, aktivist Barbara Buş da evlidir. 2018-ci ildə o, amerikalı aktyor və ssenarist Kreyq Coyne ilə nikaha daxil olub. Lakin cütlüyün hələlik övladı yoxdur.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.