Milli Kitabxanada “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb
07 Avq 2019 11:47

Avqustun 7-də Azərbaycan Milli Kitabxanasında ölkəmizdə bütün sahələr üzrə azərbaycanşünaslığın inkişafı yollarında səy və bacarığını əsirgəməyən, Azərbaycan elminin inkişaf etdirilməsində çox böyük xidmətləri olan AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru, professor Nərgiz Axundovanın anadan olmasının 60 illik yubileyi münasibətilə “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və rus dilində müəllifi olduğu əsərləri, elmi məqalələri, redaktoru olduğu əsərlər və onun haqqında yazılan materiallar, qəzet, jurnal məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Realpress.az



19 Sent 2019
Mədəniyyət

"Ən böyük arzum ölməməkdir" - Ramiz Əzizbəyli

"Hər şey daxil" verilişi Xalq artisti Ramiz Əzizbəylinin evindən canlı yayım edib.

19 Sent 2019
Mədəniyyət

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan Üzeyir Hacıbəylinin doğum günüdür.