“Cəngi” etno-caz qrupu ölkəmizi “Dünya musiqiləri” adlı festivalda təmsil edəcək

“Cəngi” etno-caz qrupu ölkəmizi “Dünya musiqiləri” adlı festivalda təmsil edəcək
06 Avq 2019 15:30

Avqustun 10-11-də Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə “Dünya musiqiləri” adlı etnik festival keçiriləcək. Festival XVIII əsrə aid unikal malikanənin ərazisində Moskva və Sankt-Peterburq şəhərləri, Rusiya Federasiyasının regionları və müxtəlif ölkələrdən ən yaxşı etno-musiqiçiləri bir araya gətirəcək. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir.

Azərbaycanı festivalda Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edəcək.

Bu barədə məlumat verən Mircavad Cəfərov bildirib ki, qrup səfərə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gedəcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Cəngi” etno-caz qrupunun tərkibində Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir. Azərbaycanlı musiqiçilər festivalın açılış günü səhnəyə çıxacaqlar. Avqustun 11-də isə Mircavad Cəfərov 150 nəfərlik auditoriya qarşısında ustad dərsi keçəcək. Ustad dərsində Azərbaycan milli musiqi alətlərindən bəhs ediləcək.

“Cəngi” etno-caz qrupu 1992-ci ildən fəaliyyət göstərir. Qrup repertuarında klassik cazı xalq mahnıları və milli alətlərlə sintez edir. Kollektiv ABŞ, Norveç, Türkiyə, Fransa, Qazaxıstan və digər ölkələrdə festivallarda iştirak edərək tamaşaçılara yüksək zövq bəxş edib. Qrupa 2001-ci ildən tanınmış musiqiçi, ud və tar alətlərində mahir ifaçı, Xalq artisti Mircavad Cəfərov rəhbərlik edir. O, Fransa (2014), Qazaxıstan (2016) və başqa ölkələrdə beynəlxalq caz festivallarının iştirakçısı və laureatı olub.

Qeyd edək ki, Sankt-Peterburqda keçirilən “Dünya musiqiləri” etnik festivalı təkcə konsert marafonu deyil. Layihə, eyni zamanda, yaradıcı ünsiyyət, ustad dərsləri, ekzotik musiqi alətlərində ifaların nümayişi, bu qeyri-adi musiqi alətlərini hazırlayan ustalarla görüşlər və s. yaddaqalan hadisələri özündə cəm edir. Festival həm də müxtəlif xalqların rəqs, poeziya və tətbiqi dekorativ sənətini əks etdirir.

Festivalın təşkilatçısı Sankt-Peterburq Teatr və Musiqi Sənəti Muzeyidir. Bu muzey dünyanın beş böyük musiqi aləti kolleksiyasından birinə sahibdir. Musiqi bayramına qatılanlar etnik musiqi alətlərini təbii səslə - həm səhnədə, həm də muzeyin ekspozisiyasının interaktiv turlarında dinləyə biləcəklər.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.