"Sabah" futbol klubunun stadionu "Bank Respublika Arena" adlanacaq

"Sabah" futbol klubunun stadionu "Bank Respublika Arena" adlanacaq
05 Avq 2019 11:55

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ilə Topaz Premyer Liqasında mübarizə aparan "Sabah" Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Sabah" FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində "Bank Respublika" yazılan formalarda çıxış edəcəklər.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən "Bank Respubika Arena" adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Biz inanırıq ki, "Sabah" FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin "Bank Respublika Arena" adlanması, Bankımızın  Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

"Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il "Bank Respublika" ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion "Bank Respublika Arena" adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və  aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma "Bank Respublika" ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar",  deyə "Sabah" FK-nın prezidenti Maqsud Adıgözəlovqeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Realpress.az


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.