Son vaxtlar Günəşdə aktivliyin artması nəticəsində insanlar tez-tez maqnit qasırğaların təsirinə məruz qalır.
Səbəbsiz halsızlıq və yorğunluq, baş ağrıları, əhvalın pisləşməsi, yuxusuzluq, əsəbilik, diqqətin pozulması - bütün bunlar maqnit qasırğaların nəticələridir.
Mütəxəssislər bu təsirləri azaltmaq üçün müxtəlif məsləhətlər verir. Realpress.az Komsomolskaya Pravda-ya istinadla fitoterapevt Elena Korsunun tövsiyələrini təqdim edir.
Halsızlıq və yorğunluğu azaltmaq üşün səhər beyinin fəaliyyətini aktivləşdirən dəmləməni içmək olar. Dəmləməni hazırlamaq üçün hərəsindən bir çimdik üyüdülmüş zəncəfil və cövüz, bir az kəklikotu və 2-3 hil götürün və 1 ç.q. qara çayla 200 ml suda termosda dəmləyin. 30 dəqiqədən sonra için. Bu çay insanı gümrah edir, əhvalı və beyinin fəaliyyətini yaxşılaşdırır.
Baş ağrısı və damarların spazmını götürmək üçün çaya mixək əlavə edin. Tərkibində damarları genişləndirən "sitral" maddəsi olan mixək baş ağrısını azaldır.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.