Güləşçilərimiz Dünya çempionatında iki medal qazanıb

Güləşçilərimiz Dünya çempionatında iki medal qazanıb
05 Avq 2019 08:58

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı sona çatıb.

Azərbaycan Güləş Federasiyasından Realpress.az-a verilən məluamta görə, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Sadıxlı avqustun 4-də təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən hindistanlı rəqibinə qalib gəlib. Bürünc medal uğrunda mübarizədə iranlı güləşçiyə də gücünü göstərən Fərid dünya üçüncüsü olub.

Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz finala yüksəlib. Elmir avqustun 4-də həlledici görüşdə iran pəhləvanıyla qarşılaşıb və minimal fərqlə uduzaraq gümüş medalı boynundan asıb.

Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olub.

Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib.

Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşdə iştirak şansı əldə edib. Avqustun 4-də təsəlliverici görüşdə gürcü həmkarıyla qarşılaşan Rauf inamlı qələbə qazanıb. Ancaq bürünc medal uğrunda mübarizədə moldovalı idmançıya uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb. Finalın bir addımlığında rəqib Türkiyə güləşçisi olub. Laçın son Avropa çempionatında qalib gəldiyi güləşçidən növbəti dəfə güclü olub və dünya çempionatının finalına adlayan 4-cü yunan-Roma güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Vəliyev qazandığı 2 xalın fonunda dünya çempionu olub!

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanıb.


11 Dek 2019
İdman

Azərbaycanın futbol klubu Almaniyada akademiya açır

“AZE Nakhchivan-Köln SK" Futbol Klubu Avropa ilə Azərbaycan arasında futbol əlaqələrini gücləndirmək barədə qərar verib

9 Dek 2019
İdman

Həbib Nurməhəmmədovdan döyüşçü əmisi oğlu barədə - PAYLAŞIM

Həbib Nurməhəmmədovdan döyüşçü əmisi oğlu barədə - PAYLAŞIM

9 Dek 2019
İdman

Azərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTO

Azərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTO

7 Dek 2019
İdman

Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər - Qazaxıstan çöllərində

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.

7 Dek 2019
İdman

"Türkiyə millisinin ən böyük səhvi çox tez göylə getməsidir" - Biliç

"Türkiyə yığmasının seçmə mərhələdə göstərdiyi performans əla idi. Komanda sıfırdan zirvəyə yüksəldi".