Azərbaycanın “Tac Mahal”ı təmir edildi - FOTO

Azərbaycanın “Tac Mahal”ı təmir edildi - FOTO
03 Avq 2019 08:58


Qusar rayonunun Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan qədim məscid əsaslı təmirdən sonra istifadəyə verilib.

Realpress.az xəbər verir ki, xarici görünüşünə görə Hindistandakı məşhur Tac Mahala bənzədilən ikimərtəbəli tikili 1912-ci ildə tikilib.

Bərpa işləri zamanı binanın çöl divarları suvanıb, qapı və pəncərələr və dam örtüyü yenilənib. Qədim məscidin əvvəlki görünüşü tamamilə qorunub.

Hil kəndində hündür yerdə inşa olunan məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları müxtəlif ornamentlərlə bəzədilib. Məscidin ikinci mərtəbəsi qadınların ibadət etməsi üçün nəzərdə tutulub.

Qusarın ən böyük kəndlərindən sayılan Hil rayon mərkəzindən 17 kilometr məsafədə yerləşir. Bu kənd 1960-cı illərə qədər rayon mərkəzi olub.



18 Sent 2019
Turizm

Yeddi gündə dünyanın yeddi möcüzəsinə baş çəkdi - FOTO

Yeddi gündə dünyanın yeddi möcüzəsinə baş çəkdi - FOTO

18 Sent 2019
Turizm

AZAL atmosferə atılan zərərli tullantıların miqdarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir

AZAL atmosferə atılan zərərli tullantıların miqdarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir

12 Sent 2019
Turizm

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir