Narkoz insanda xərçəng yarada bilər - Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDI

Narkoz insanda xərçəng yarada bilər - Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDI
31 İyul 2019 11:53

Narkozun zərərləri çoxlarını düşündürən və narahat edən suallardan biridir.

Cəmiyyətdə belə fikir var ki, narkozdan sonra saç tökülməsi, yuxu problemi, yaddaş pozulması kimi halların baş verməsi riski yüksəkdir.

Realpress.az Publika.az-a istinadla xəbər verir ki, tanınmış anestezioloq reanimatoloq Şahin Məmmədov bu mövzu barədə ətraflı məlumat verib. O bildirib ki, narkozun kim tərəfindən verilməsi vacib nüansdır.

"Çoxu elə bilir ki, xəstəni narkozdan ayıltmaqla iş tamamdır. Bəzi xırda görünən məqamlar nəzərdən qaçarsa, xəstə bunun fəsadlarını illərlə çəkə bilər. Çox edilən anestezioloq səhvlərindən bir neçəsini deyim:

1. Sedativ effekti güclü, amma ağrıkəsici effekti olmayan propofol ilə abort kimi xırda cərrahi prosedurun aparılması zamanı doza yüksək tutulduqda, xəstə ağrıya qarşı hərəki reaksiya verməyəcək. Amma bu, o demək deyil ki, xəstə ağrı hiss etmədi. Ayılanda da hər şeyi unudacaq. Lakin qeyri-adekvat analgeziya həmin insanda güclü stress törədir. Bundan nə cərrah, nə də xəstənin xəbəri olmur.

2. Kapnoqrafiyasız əməliyyat. Kapnoqraf ya yoxdur, ya xarabdır, ya əhəmiyyət verilməyib, ya da anestezioloq heç bilmir ki, onun əyriləri həkimə nələri bildirir. Anestezioloq tənəffüs həcmini bədən çəkisinə əsasən seçir, ortalama tənəffüs sayı qoyur. Amma maddələr mübadiləsinin sürəti həmin xəstədə az olarsa, xəstənin hündürboyu nəzərə alınmazsa, tənəffüs asidozu yaranacaq. Bu zaman baş-beyin damarları genişlənəcək, anestetikə qarşı sinir toxumasının həssaslığı artacaq, verdiyiniz doza ona toksik təsir edəcək. Əksinə əgər maddələri mübadilərinin sürəti çox olarsa, xəstənin kiçik boylu olduğu nəzərə alınmazsa, hansı ki, tənəffüs alkalozu yaranacaq. Bu zaman əksinə baş-beyin damarları spazma uğrayacaq, anestetikə qarşı sinir toxumasının həssaslığı azalacaq və kq çəkiyə təyin edilmiş anestetik və narkotiklərin effekti az olacaq. Bu zaman xəstə əməliyyat vaxtı ayıq ola bilər, bütün danışıqları eşidər, güclü həyəcan və təşviş keçirə bilər. Lakin miorelaksant vurulduğu üçün tərpənə bilməz, həkimlərin də bundan xəbəri olmaz. Həmçinin əməliyyat zamanı ayılması barədə xəstə də çox vaxt məlumat verə bilmir, çünki narkoz dərmanlarından bəzisinin güclü amneziya törətmək qabiliyyəti var. Yəni xəstə ayıldığını unudacaq. Amma yaşadığı stress uzun müddət öz təsirlərini göstərəcək. Nəinki saç tökülməsi, hətta stressin təsirindən xərçəng belə ola bilər.

3. Narkotiklərə qənaət etdikdə də bəzən anestezioloqlar anestetikin dozasını və miorelaksanti artırır ki, xəstədə hərəki reaksiyalar olmasın, bu zaman da xəstə əməliyyatı hiss edə bilər.

4. Əksəriyyəti daim gözlərinin qabağında olan puls pletismoqrafiyanın nə üçün olduğunu bilmir. Çoxundan soruşuram ki, bu əyrilər nəyi göstərir? Deyir ki, oksigen saturasiyasını. Hansi ki, puls pletismoqrafiya vasitəsilə xəstənin ağrı hiss etməsini, ya əksinə anestetik dozasının çox olmasını asanlıqla görə bilərlər.

Bütün anestezioloqları pisləmək istəmirəm, çox gözəl mütəxəssislər var, amma bəzən adicə konturlardan sual verirsən, bilmirlər. Bunları açıq şəkildə etiraf etmək insanların həkimlərə qarşı inamını azalda bilər. Amma digər tərəfdən də xəstələr də bizim yaxınlarımızdır.

Bütün anesteziya fəsadlarını deyə bilmərəm. Bunlar bir neçə qrupa bölünür.

1. Anestetikin özünə qarşı fərdi həssaslıq və anestetikin yan təsirləri. Anestezioloq xəstəyə uyğun anestetiki seçməlidir.

2. Anestezioloqun texniki təcrübəsinin az olmasına görə yaranmış problemlər.

3. Narkozun düzgün idarə edilməməsi, xəstənin düzgün qiymətləndirilməməsi və s.

Müasir narkoz dərmanları ilə yüksək keyfiyyətdə aparılmış anesteziya saç tökülməsi, yuxu və yaddaş problemləri, əsəb pozulması vermir. Bunlar keyfiyyətsiz aparılmiş anesteziyaya görə xəstənin əməliyyatda aldığı stressin qalıq əlamətləridir.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.