Ölkədəki bankların aktivləri 29 milyard manatı ötdü

Ölkədəki bankların aktivləri 29 milyard manatı ötdü
31 İyul 2019 09:38

30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 mln. manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 mln. manat təşkil edib.

Realpress.az istinadla bildirir ki, Milli.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin iyun ayı üzrə bank sektorunun icmal göstəricilərində bildirilib.

Sektorun balans kapitalı 4 milyard 599.6 mln. manat olub.

İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146.0 mln. manat təşkil edib.

2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 mln. manat təşkil edib. Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 mln. manat) artıb.

Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 mln. manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 mln. manat) artaraq 2 milyard 253.2 mln. manata çatıb.

Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 mln. manat) artaraq 4 milyard 599.6 mln. manata çatıb.

Cari ilin ilk yarımilliyində banklar 433.4 mln. manat xalis mənfəət əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.1% (118.8 mln manat) , kreditlər üzrə faiz gəlirləri isə 18.4% (107.8 mln manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 513, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,571 olub. Bank sektorunun işçi heyətinin sayı cari ilin 6 ayında 5% (873 nəfər) artaraq 18,288 nəfər təşkil edib.

30 iyun 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.