BMT-dən “məzlum”larla bağlı müraciət: Hədəfdə olanlar, amansız sövdələşmələr açıqlandı

BMT-dən “məzlum”larla bağlı müraciət: Hədəfdə olanlar, amansız sövdələşmələr açıqlandı
30 İyul 2019 12:49


BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunan müraciət yayıb.

Müraciətdə bildirilir ki, BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) məlumatına görə, qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb:

“Qeydə alınmış qurbanların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunur. Digər səbəblər sırasında məcburi əmək, uşaqların hərbi fəaliyyətə cəlb olunması və digər istismar və sui-istifadə hallarını qeyd etmək olar”.

Qeyd olunur ki, silahlı münaqişələr, əhalinin köçürülməsi, iqlim dəyişikliyi, təbii fəlakətlər və yoxsulluq insan ticarətinin inkişafına yol açan zəifliyi və ümidsizliyi daha da artırır:

“Miqrantlar daim hədəfdədir. Dəhşətli və amansız sövdələşmələri həyata keçirən insan alverçiləri və miqrant qaçaqmalçılarının üzündən minlərlə insan dəniz, səhra və həbsxanalarda öz həyatlarını itirib. Ətrafımızda baş verən zorakılıq və istismara olan laqeydlik də ağır itkilərə gətirib çıxarır. Tikintidən tutmuş ərzaq və istehlak mallarının istehsalına qədər saysız-hesabsız biznes və müəssisələr bu məzlum vəziyyətdən faydalanır”.

Müraciətdə deyilir ki, transmilli insan alveri şəbəkələrini məsuliyyətə cəlb etmək, ilk növbədə, qurbanların müəyyənləşdirilməsini və onların ehtiyac duyduğu müdafiə və xidmətlərə çıxışını təmin etmək üçün daha çox işlər görülməlidir.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.