İNTİM GİGİYENA VƏ CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALARIN PROFİLAKTİKASI.

İNTİM GİGİYENA VƏ CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALARIN PROFİLAKTİKASI.
29 İyul 2019 14:23

İNTİM GİGİYENA VƏ CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALARIN PROFİLAKTİKASI.

İntim gigiyena hər bir qadının həyatında böyük əhəmiyyət kəsb edirMüasir şəraitdə bu məsələ daha da aktuallıq qazanıb. İntim zona xüsusi qulluğa ehtiyacı olan spesifik floradır. İntim gigiyena üçün uyğun vasitələrdən istifadə edərək, müxtəlif xəstəliklərdən qorunmaqla yanaşı, gün ərzində rahatlıq hissi də əldə edə bilərsiz. İntim gigiyenanın əsas vəzifəsi ginekoloji orqanların patologiyalarının profilaktikası üçün ilk növbədə genital orqanların iltihabi xəstəliklərinin qarşısının alınmasıdır.

İntim gigiyena qaydaları:

1.Xarici cinsi üzvlərinin yuyulması üçün sabun istifadə edilməməlidir, ancaq isti su istifadə olunmalıdır. Yuyunma təmiz yuyulmuş əllərlə gün ərzində iki dəfədən az olmayaraq aparılmalıdır.

2.Yuyunma zamanı su axarı və əl hərəkətləri öndən arxa tərəfə doğru olmalıdır (düz bağırsaq ətrafından müxtəlif xəstəlik törədicilərinin xarici cinsiyyət üzvlərinə keçməsinin qarşısını almaq məqsədilə) 

3.Qadınlar alt paltarını kətan və ya pambıqdan seçməlidirlər. Bu materiallardan fərqli olaraq, sintetik alt paltarları dərinin nəfəs almasına imkan vermir. Buna görə də intim zonanın nəmliyi artır və bakteriyaların inkişafı üçün ideal bir mühit yaranır.

4.Gigiyenik qadın bezlərini (həm gündəlik, həm də menstruasiya zamanı istifadə olunan) hər 2- 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır. Əgər gigiyenik vaginal tamponlardan istifadə olunursa bilmək lazımdır ki, hər iki saatdan bir dəyişilmə aparılmalıdır.

Cinsi yolla keçən infeksiyalar (CYKİ) hansılardır və onların əsas törədiciləri.

Məlumdur ki, cinsi əlaqə zamanı bir insandan digərinə 30-dan çox növ müxtəlif bakteriyalar, viruslar və parazitlər ötürülür. CYKİ əsas törədəcilərinə yumşaq şankr, sifilis, qonoreya, xlamidioz, trixomoniaz, qardanelyoz, sadə herpes virusları  (SHV və ya herpes), insan papilloma virusu (İPV).

CYKİ əsas simptomları.

CYKİ-lar bir çox insanda əlamətsiz keçə bilər. CYKİ-nın ümumi simptomları bunlardır: uşaqlıqdan xaricolmalar, kişilərdə sidikaxarı kanaldan ifrazat, genital xoraların olması, qarının aşağı hissəsində ağrıların yaranması.

CYKİ profilaktika yolları.

CYKİ-in qarşısının alınmasında effektiv profilaktik tədbirlər arasında şəxsi gigiyena qaydalarına əməl edilmə, prezervativ və yaxud yerli bakterisid vasitələrdən istifadə olunma,  təsadüfü cinsi əlaqələrdən çəkinmə, müntəzəm olaraq ginekoloq və uroloq ziyarəti durur.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.