"JARA 2019"un kralı Kirkorov, kraliçası isə Aygün Kazımova oldu - FOTO

"JARA 2019"un kralı Kirkorov, kraliçası isə Aygün Kazımova oldu - FOTO
27 İyul 2019 11:47

Bakıda keçirilən "JARA-2019" Beynəxalq Musiqi Festivalı yenə maraqlı sürprizlərlə doludur.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə möhtəşəm şou tədbirin sürprizini Rusiyanın Xalq artisti Filipp Kirkorov və Azərbaycanın Xalq artisti Aygün Kazımova təqdim edib.

F.Kirkorov azərbaycanlı həmkarını əsl kraliça, "diva" adlandırıb. Festivala isə birgə ifa etdikləri yeni mahnı ilə damğa vurublar. Mahnı "Calma" adlanır. Estrada ulduzları bu mahnıya klip də çəkdirəcəklərini bildiriblər.

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir.


11 Avq 2020
Şou-biznes

Boşanma xəbəri yayılan Aynişan BİZNESƏ BAŞLADI

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva biznesə başlayıb.

17 İyul 2020
Şou-biznes

Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Emin Ağalarov “Instagram” hesabında son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotolarını paylaşıb. 

12 İyul 2020
Şou-biznes

Məşhur hind aktyoru Amitabx Baççan da koronavirusa yoluxdu - FOTO

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxub.

23 İyun 2020
Şou-biznes

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

“Avroviziya 2013”ün milli seçimində iştirak etdikdən sonra şöhrət qazanan müğənni Ləman Dadaşovadan xəbər var.