“Xalq Bank” kredit faizlərini kəskin endirdi

“Xalq Bank” kredit faizlərini kəskin endirdi
22 İyul 2019 16:47


ASC “Xalq” Bankının mətbuat xidmətindən aldığımız məlumata görə, “Xalq Bank” bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaldıb. İndi bankın milli valyutada verdiyi biznes kreditləri 12-19 faiz dərəcəsi ilə təklif olunur. Əhaliyə verilən istehlak kreditlərinin illik faiz dərəcələri 16-20 faiz təşkil edir.

Bu addım “Xalq Bank”ın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.

Qeyd edək ki, ölkənin bank sektorunda kredit faizlərinin bu cür kəskin şəkildə endirilməsi halı ilk dəfə baş verir. Bankın nümayəndəsi kredit faizlərinin endirilməsini dövlətin monetar siyasəti, Mərkəzi Bankın aşağı uçot dərəcəsi, bazarda makro-iqtisadi vəziyyətin sabitliyi, əməkhaqqılarının və əhalinin ödəmə qabiliyyətinin yüksəlməsi, yüksək likvidlik, ümumi sabitlik fonunda biznes risklərinin azalması və digər müsbət amillərlə izah edir.

“Xalq Bank”ın təklif etdiyi biznes kreditlər 5 ilədək müddətə illik 12-19 faiz, istehlak kreditləri isə 4 ilədək müddətə 16-20 faiz verilir. Bankdaxili ipoteka proqramını bərpa edib və ipoteka krediti müştərilərə maksimal məbləği 250 000 manat olmaqla, 10 ilədək müddətə, 10-12 faizlə təklif olunur.

Dəyişikliklər artıq təsdiqlənib və yaxın günlərdə qüvvəyə minəcək.

“Xalq Bank”ın xidmət və məhsulları haqda ətraflı məlumat almaq üçün filiallara, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

2 Dek 2019
İqtisadiyyat

Azərbaycandakı banklar xarici valyutada verdiyi kreditləri bahalaşdırıb

Azərbaycanda xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi bu il noyabrın 1-nə 6,69% təşkil edib.

29 Noy 2019
İqtisadiyyat

Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq ediləcək

Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq ediləcək

27 Noy 2019
İqtisadiyyat

İcbari tibbi sığorta ilə bağlı — VACİB XƏBƏR - VİDEO

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq olunmasına 5-10 il vaxt sərf olunan İcbari Tibbi Sığorta sisteminin Azərbaycanda gələn il mərhələli tətbiqi təklif edilib.

26 Noy 2019
İqtisadiyyat

Azərbaycanda avtomobil istehsalı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.