Yodun orqanizmdə çatışmazlığı sinir və hormonal sisteminə, insanın psixikasına çox ciddi ziyan vurur.
Realpress.az Saglamolun.az-a istinadla bildirir ki, Azərbaycanın bir çox rayonlarında (xüsusilə dağ rayonlarında) yod çatışmazlığı müşahidə olunur. Bu səbəbdən mütəxəssislər qidalanmada yodlaşdırılmış duzdan istifadə etməyi tövsiyə edirlər.
Lakin nəzərə almaq lazımdır ki, bəzi insanlara yodlaşdırılmış duz ziyan vura bilər. Tanınmış Rusiyalı həkim-diyetoloq Yelena Solomatina medikforum-a bildirib ki, bəzi qalxanvari vəzi xəstəlikləri (el arasında - "zob xəstəlikləri") zamanı yodlaşdırılmış duz insanın sağlamlığına ciddi ziyan vura, vəziyyətini daha da ağırlaşdıra bilər.
Bu səbəbdən qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər yodlaşdırılmış duzun qəbulu ilə bağlı endokrinoloqla məsləhətləşməlidir.
Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.
İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.
Alimlərin araşdırmalarına görə, qazlı içkilər ciddi xəstəlik riskini artırır.
Kəskin respirator virus infeksiyası (KRVİ) - virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi "soyuqdəymə" adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.