İsrail startapı elektromobillərin istehsalında yeni yanaşma təklif edib (VİDEO)

İsrail startapı elektromobillərin istehsalında yeni yanaşma təklif edib (VİDEO)
12 İyul 2019 16:13

İsrailin "REE" startapı elektromobillərin istehsalında yeni yanaşma təklif edib. Onun mahiyyəti adətən kopotun altında yerləşən bütün əsas komponentlərin təkər daxilində quraşdırılmasından ibarətdir. Bu, istehsalçılar üçün yeni imkanlar açacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, "REE" şirkətinin baş direktoru Daniel Barel bildirib: "İndiyədək sahə nəqliyyat vasitələrinin ənənəvi dizaynının tədricən təkmilləşdirilməsi prinsipi üzrə fəaliyyət göstərib. Biz hesab edirik ki, avtomobil inqilabının sürətləndirilməsi üçün, sözün hərfi mənasında, təkəri yenidən icad etmək lazımdır".
 
Məlumata görə, "REE" şirkəti Kaliforniyada "TechCrunch Mobility 2019" tədbirində mebel avtomobil platformasını nümayiş etdirib. O, özündə bütün vacib elementləri birləşdirən dördtəkərli kiçik platformadır.
 
Startapın ideyası ondan ibarətdir ki, avtomobil istehsalçıları hazır platformadan istifadə etməklə istənilən tip elektromobil yarada bilsinlər. Bu, yeni modellərin buraxılış prosesini sadələşdirməyə və ucuzlaşdırmağa imkan verəcək.
 
"Avtomobil istehsalçıları daha çox platformanın hazırlanması və yoxlanılmasına pul xərcləyirlər. Buna milyardlarla dollar və uzun illər sərf olunur. Biz isə bir hazır variantdan istifadəni təklif edirik", – şirkətin baş direktoru vurğulayıb.
 
Yeni texnologiyanın kütləvi istehsalına nə vaxt başlanılacağı, eləcə də platformanın texniki xüsusiyyətləri barədə məlumat verilmir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.