Nəhəng teleskopun inşasına başlanılır

Nəhəng teleskopun inşasına başlanılır
12 İyul 2019 10:42

İyulun 15-də Havay adalarında 30 metrlik teleskopun (Thirty Meter Telescope, TMT) tikintisinə başlanılacaq. Bu barədə yerli administrasiyanın məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “TMT” 30 metrlik güzgü seqmentinə malik iri astronomik rəsədxana layihəsidir. Layihə böyük səs-küyə səbəb olub. Məsələ ondadır ki, kompleks Havay mifologiyasında müqəddəs hesab edilən Havay adasının Mauna-Kea dağında tikilməlidir. Tikintinin əleyhdarlarının sözlərinə görə, rəsədxananın yaradılması müqəddəs dağı təhqir edəcək.
 
“ТМТ” teleskopunun inşası əvvəlcə 2011-ci ildə təsdiq edilib, ilk işlərə isə 2014-cü ilin oktyabrında başlanılıb. Lakin 2015-ci ilin yazında layihə əleyhdarları onun icrasının dayandırılmasına nail olublar. Bu dəfə isə rəsədxananın faktiki yaradılmasının bir neçə günə bərpa ediləcəyi bildirilir.
 
Məlumata görə, teleskopun güzgüsü ümumi sahəsi 655 kvadratmetr təşkil etməklə hər biri 1,4 metr olan 492 altıbucaqlı seqmentdən ibarət olacaq. İlk elmi müşahidələrə növbəti onilliyin ikinci yarısında başlamaq planlaşdırılır. Rəsədxananın planlaşdırılan istismar müddəti 50 il təşkil edir.
 
Perspektivdə 30 metrlik teleskop kainatın müxtəlif obyekt və strukturları haqqında vacib məlumatlar toplamağa imkan verəcək. “Hubble Space Telescope” teleskopu ilə müqayisədə yeni rəsədxana vasitəsilə əldə ediləcək təsvirlər təxminən 10-12 dəfə dəqiq olacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.