Bakı metrosunda təhlükəli anlar – Yeni qatarın qapıları açılmadı, sərnişinlər təşviş yaşadı

Bakı metrosunda təhlükəli anlar – Yeni qatarın qapıları açılmadı, sərnişinlər təşviş yaşadı
12 İyul 2019 09:00

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.

Realpress.az "report"a istinadən xəbər verir ki, "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb.

Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.

Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminın saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin.

Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.

Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib. 

19 Okt 2019
Cəmiyyət

Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox - VİDEO

Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox - VİDEO

19 Okt 2019
Cəmiyyət

Bu ərazilərdə enerji içkilərinin satışı qadağan olunacaq

Oktyabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.

19 Okt 2019
Cəmiyyət

Qanunsuz mitinqə görə 3 metrostansiya bağlandı - AÇIQLAMA

"Bakı Metropoliteni” Milli Şuranın bu gün "28 May” stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

19 Okt 2019
Cəmiyyət

Qanunsuz aksiyalarla bağlı 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib

Qanunsuz aksiyalarla bağlı 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib