“Neftçi”nin baş məşqçisi: Mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq

“Neftçi”nin baş məşqçisi: Mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq
12 İyul 2019 08:40


“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin “Sperantsa” ilə səfər oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

Klub saytının məlumatına görə, italiyalı mütəxəssis həm nəticədən, həm də futbolçuların oyuna yanaşmasından razı qaldığını bildirib: “Əlbəttə, nəticədən çox razıyam. Bundan da çox futbolçuların oyuna yanaşmasından razı qaldm. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər və sonadək bunu göstərdilər. Mənim üçün əsas budur. Artıq mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq. Qarşıda bir həftə var. Bu müddət ərzində cavab oyununa yaxşı hazırlaşmalıyıq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Kimsə asan qələbə qazandığımızı düşünə bilər, amma belə olmadı. Meydanın vəziyyəti də yaxşı deyildi. Futbolçularım tapşırıqları yerinə yetirə bildilər. İlk hissədə rəqib qapımıza cəmi bir zərbə vurdu. Futbolçularımın xarakteristikasına əsasən, hücum futbolu oynatmağa çalışdım. Mənə elə gəlir ki, onlar hər şeyi düzgün yerinə yetirdilər. Rəhman yaxşı futbolçudur, amma oyuna qoşulan digər futbolçuları – Namiki və İsmayılı da qeyd etmək lazımdır. Start heyətində meydana çıxanlar da yaxşı oynadılar. Bizdə yaxşı futbolçu çoxdur, rəqabət güclüdür. Nəticə önəmlidir, amma mənim üçün böyükhesablı qələbədən də vacib olan futbolçuların oyuna yanaşmasıdır ki, buna görə çox şadam. Fiziki formada yaxşı olan belə bir rəqibə qarşı düzgün oynamaq daha önəmli idi. İsmayıl Zülfüqarlı çox yaxşı gənc futbolçudur. Bizdə başqa belə oyunçular da var. Hamısı bizim üçün önəmlidir. Bəli, hesabda 3:0 irəlidə olduğumuz üçün İsmayıla Avropa Liqaısnda debüt etmək imkanı verdim”.

19 Sent 2019
İdman

Ronaldunun "Atletiko"ya jestinin mənası - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu "Atletiko"ya qarşı keçirən "Yuventus" səfərdən 2:2 hesablı bərabərliklə dönüb.

19 Sent 2019
İdman

Hacı Əliyevlə Mahir Əmiraslanov üçün daha bir şans

Hacı Əliyevlə Mahir Əmiraslanov üçün daha bir şans

19 Sent 2019
İdman

DÇ-dən kənarlaşdırılmış Hacı Əliyev barədə hakimlər son qərarını açıqladı - RƏSMİ

DÇ-dən kənarlaşdırılmış Hacı Əliyev barədə hakimlər son qərarını açıqladı - RƏSMİ

19 Sent 2019
İdman

Avropa Liqasında qrup həyəcanı başlayır

Bu gün Avropa Liqasında yeni mövsümün qrup mərhələsinə start verilir.

19 Sent 2019
İdman

Hacı Əliyev ilk görüşündə məğlub oldu - FOTO

Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.