Pakistanda yük və sərnişin qatarları toqquşub.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində Pəncab vilayətində qeydə alınıb.
Qəza nəticəsində 9 nəfərin həlak olduğu bildirilir. Daha 67 nəfərin yaralandığı qeyd edilir.
Qəzaya səbəb isə sərnişin qatarının öz xətti üzrə hərəkət etməməsi göstərilir. Məlumata görə, sürətlə hərəkət edən sərnişin qatarı yolda dayanmış yük qatarına çırpılıb.
“Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı artıb.
İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.