Şəkidə mikroavtobus qəzasında yaralananların adları bilindi - FOTO/VİDEO

Şəkidə mikroavtobus qəzasında yaralananların adları bilindi - FOTO/VİDEO
10 İyul 2019 14:59


Şəki şəhərində günorta saatlarında baş verən qəzada yaralananların adları məlum olub.

Realpress.az xəbər verir ki, 99-GH-938 dövlət qeydiyyat nişanlı, “Ford” markalı mikroavtobusun idarətməni itirərək aşması nəticəsində üçü azyaşlı olmaqla, altı nəfər xəstəxanaya çatdırılıb.

Yaralılar mikroavtobusun sürücüsü 30 yaşlı Anar Rüstəmov, 53 yaşlı Nüşabə İsayeva, əslən misirli olan 59 yaşlı Aşraf Cəlal Saat oğlu, 12 yaşlı Selcan Cəlal Aşraf qızı, 17 yaşlı Aytən Canəliyeva və doqquz yaşlı Ayan Hacıyevadır.

Xəstəxanadan verilən məlumata görə, azyaşlıların heç biri ciddi xəsarət almadığından ambulator müalicəyə yola salınıblar, digər şəxslər isə stasionar müalicəyə alınıblar.

13:15

Şəkidən Bakı istiqamətindən hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb.

realpress.az-ı müxbiri xəbər verir ki, hadisə Şəkinin Aşağı Göynük kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində ən azı beş nəfər yaralanıb.



19 Okt 2019
Cəmiyyət

Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox - VİDEO

Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox - VİDEO

19 Okt 2019
Cəmiyyət

Bu ərazilərdə enerji içkilərinin satışı qadağan olunacaq

Oktyabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.

19 Okt 2019
Cəmiyyət

Qanunsuz mitinqə görə 3 metrostansiya bağlandı - AÇIQLAMA

"Bakı Metropoliteni” Milli Şuranın bu gün "28 May” stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

19 Okt 2019
Cəmiyyət

Qanunsuz aksiyalarla bağlı 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib

Qanunsuz aksiyalarla bağlı 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib