ABŞ-da qeyri-adi üsulla avtomobil oğurluğu olub.
“Lenta.ru” xəbər verir ki, hadisə Cənubi Karolina ştatının Qrinvil şəhərində baş verib.
Şəhər sakini olan bir qadın avtomobilinin qapısını açarkən kənarda gözləyən şəxs onun üstünə zəhərli ilan atıb.
Qurbanının qorxub geri çəkilməsindən yararlanan oğru maşına oturaraq hadisə yerindən uzaqlaşıb.
Qadın dərhal polisə müraciət edib və qısa zamanda oğruluq edən şəxs saxlanılıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.